“Kloppun ən mənfi cəhəti odur ki, “Liverpul”da işləyir”
"Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi "Liverpul”un baş
məşqçisi Yurgen Klopp barədə danışıb.
Kaspi.az xəbər verir ki, hazırda "Di Ci Yunayted2Də çıxış edən Runi
Kloppun məşqçilik bacarığını yüksək qiymətləndirib. Ancaq o, Kloppun mənfi
cəhətindən də danışıb?
"Yurgen o məşqçilərdəndir ki, onun rəhbərliyi altında hər bir
futbolçu oynamaq istərdi. Onunla bir dəfə söhbət etmişəm. Deməliyəm ki, Klopp
əla insandır.
Hiss olunur ki, hər bir futbolçu onunla işləməkdən zövq alır. Ona
böyük hörmət bəsləyirəm və hesab edirəm ki, hələ karyerasının ən uğurlu illəri
öndədir.
Mənfi cəhəti? Əlbəttə, var. Kloppun ən mənfi cəhəti odur ki,
"Liverpul”da işləyir və uğur qazanır”.