• cümə, 29 Mart, 17:57
  • Baku Bakı 14°C

Kloppu cərimələdilər

22.02.19 12:39 747
Kloppu cərimələdilər
İngiltərə Futbol Assosiasiyası "Liverpul”un baş məşqçisi Yurgen Kloppu 45 min funt cərimələyib.
Kaspi.az xəbər verir ki, Federasiya Kloppu "Vest Hem”lə oyundan sonra işlətdiyi ifadələrə görə cərimələyib. Qurum hesab edib ki, Klopp belə sözlər işlətməklə hakimin qərəzli olmasını iddia edib. Alman mütəxəssis mətbuat konfransında ironiyalı ifadələr işlətmişdi:
"Biz oyundankənar vəziyyətdən qol vurduq. Hakim isə bundan fasilədə xəbər tutdu. Elə ona görə də, ikinci hissədə xeyli, qəribə qərarlar verildi. Düzdür, bu qərarlar kritik deyildi, amma ritmi öldürürdü”.
banner

Oxşar Xəbərlər