• cümə, 19 Aprel, 05:15
  • Baku Bakı 18°C

Klopp Millətlər Liqasını “ən mənasız turnir” sayır

08.10.18 12:15 596
Klopp Millətlər Liqasını “ən mənasız turnir” sayır
"Liverpul”un baş məşqçisi Yurgen Klopp Millətlər Liqasına görə Premyer Liqada yaranan fasilədən bərk narazıdır.
Kaspi.az xəbər verir ki, Klopp bu turnirə görə UEFA-nı tənqid edib. O, Millətlər Liqasını "dünyanın ən mənasız turniri” adlandırıb:
"Çox təəssüf ki, uşaqlar yenə də getdilər. Dünyanın ən mənasız turnirində - Millətlər Liqasında oynamaq üçün.
Ümid edirəm ki, onlar heç olmasa sağlam vəziyyətdə qayıdacaqlar ki, daha "yüngül” turnirlərdə - Premyer Liqada, Çempionlar Liqasında oynaya bilsinlər. Uşaqların çətin dönəmi başlayır”.
"Liverpul” Premyer Liqanın 7-ci turunda "Mançester Siti” ilə heç-heçə edib -0:0.
Qeyd edək ki, Azərbaycan Millətlər Liqasında Kosova, Farer adaları və Malta ilə eyni qrupda mübarizə aparır. Yığmamız ilk 2 turda Kosova və Malta ilə heç-heçə edib.
Azərbaycan Millətlər Liqasında növbəti görüşünü oktyabrın 11-də səfərdə Farer adalarına qarşı keçirəcək.
banner

Oxşar Xəbərlər