• şənbə, 20 Aprel, 01:37
  • Baku Bakı 15°C

Klopp azarkeşlə mübahisəyə görə üzr istədi

23.01.18 13:30 1010
Klopp azarkeşlə mübahisəyə görə üzr istədi
"Liverpul”un baş məşqçisi Yurgen Kloppla "Suonsi” azarkeşi arasında insident yaşanıb.
Kaspi.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində Klopp ona qışqıran azarkeşlə mübahisə edib. Oyundan sonra alman mütəxəssis buna görə üzr istəməli olub:
"O, bütün oyun ərzində mənə qışqırdı. Bağışlayın, mən bir dəfə reaksiya verdim, özümə təlqin etdim ki, hər şeyi qulaqardına vuran peşəkar menecer deyiləm, ilk növbədə insanam.
Həmin azarkeş özünü çox pis aparırdı. Əmin idi ki, buna görə ona heç kim heç nə deməyəcək. Hesab edirəm ki, mən o azarkeşin təhqirinə məruz qalan ilk məşqçi deyiləm.
Bu insidentdə mənim də günahım var. Bütün hallarda, ona reaksiya verməməliydim. Amma mən pis heç nə demədim, sadəcə, başa salmaq istədim ki, onun dediklərindən məmnun deyiləm”.
"Liverpul” "Suonsi”yə məğlub olub - 0:1.
banner

Oxşar Xəbərlər