Kölndə dönərxananın açılışında basırıq
"Qalatasaray”ın sabiq futbolçusu Lukas Podolskinin Kölndə dönərxana
açmağı planlaşdırdığı barədə məlumat vermişdik.
Kaspi.az xəbər verir ki, "Manqal dönər” adlı məkanın açılışında əsl qələbəlik yaşanıb. İlk
gündə məkanı 1000 nəfərdən yuxarı müştəri ziyarət edib.
Podolski açılış günündə müştərilərə şəxsən özü xidmət edib. Lukas hazırda Yaponiyanın
"Vissel Kobe” klubunda çıxış edir.
O, yeni komandasında 18 oyunda 5 qol vurub. Podolski hazırda zədəsini
müalicə etdirir.