• cümə, 29 Mart, 01:39
  • Baku Bakı 7°C

Kliçko: “Yaxın vaxtlarda Ukrayna ilə Azərbaycan arasında bir sıra sənədlər imzalanacaq”

13.04.17 14:40 664
Kliçko: “Yaxın vaxtlarda Ukrayna ilə Azərbaycan arasında bir sıra sənədlər imzalanacaq”
"Yaxın aylarda Ukrayna ilə Azərbaycan arasında müəyyən edilmiş əməkdaşlıq istiqamətləri üzrə bir sıra sənədlər imzalanacaq”.
APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Kiyev meri Vitali Kliçko deyib.
Prezidentİlham Əliyevilə görüşdən məmnun qaldığını deyən V. Kliçko bildirib ki, bu əməkdaşlıq daha da sıx olmalıdır.
Bakıda bir neçə il əvvəl "Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçdiyini deyən V. Kliçko bir neçə ay sonra ölkəsində mahnı müsabiqəsini yüksəl səviyyədə keçirmək üçün Azərbaycanın təcrübəsini öyrənmək niyyətində olduğunu deyib:"Mən Bakının baş memarı ilə danışmışam. Kiyevin baş memarı bura gəlib çox şeyi öyrənməlidir. Bu təcrübə mübadiləsinin vacib hissəsidir. Biznesin inkişafına dair istiqamətlər barədə müzakirələr aparılıb. Məsələn, Bakıda Ukrayna mağazalarının açılması, Ukrayna enerji bazarında lider olan SOCAR-ın yanacaqdoldurma məntəqələrin inkişafı və s."
V. Kliçko həmçinin Bakı şəhər icra hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbovu "Eurovision” mahnı müsabiqəsini izləmək üçün Kiyevə dəvət edib.
banner

Oxşar Xəbərlər