• şənbə, 20 Aprel, 02:23
  • Baku Bakı 15°C

Kliçko Kiyevdəki bahaçılıqdan danışdı

24.05.18 11:20 649
Kliçko Kiyevdəki bahaçılıqdan danışdı
Kiyevin meri Vitali Kliçko Çempionlar Liqasının final qarşılaşması üçün planlaşdırılan maliyyə gözləntisi barədə danışıb.
Kaspi.az xəbər verir ki, Kliçko son günlər ÇL-in final oyununa biletlərin kütləvi surətdə geri qaytarılması ilə bağlı yayılan məlumata da münasibət bildirib:
"Kiyevə gələn hər bir turist gün ərzində 150-200 dollar xərcləyir. Ötən il Kiyevə 2 milyon turist gəlmişdi. Bu il 2,5 milyon gözləyirik.
ÇL-in finalı üçün 50-60 min turist gələcək. Bunu minimum 100-150 dollara vurun. Otellərdə boş yer yoxdu. Məlumat yayılmışdı ki, biletləri kütləvi surətdə qaytarırlar.
Guya Kiyevdə qalmaq üçün yer tapa bilmirlər və ya yerlər çox bahadır. Biz "Real” və "Liverpul” rəhbərliyi ilə əlaqə saxladıq. Onlara dedik ki, kim bileti qaytarmaq istəyirsə, bizə verin, almaq istəyən xeyli insan var. Susdular.
Qiymətlərin baha olmasına gəldikdə isə belə hal təkcə Kiyevdə yaşanmır. Belə turnirlər, oyunlar zamanı dünyanın istənilən şəhərində bahalaşma baş verir. Şəhər rəhbərliyi biznesi idarə edə bilməz. Bu, bazardır.
Kiyevdə "Qazprom”un reklamının görünməsi isə UEFA-nın səhvi idi. Biz xəbərdarlıq etdikdən sonra problem həll olundu. Artıq "Qazprom”un reklamı Kiyevdə yoxdur”.
banner

Oxşar Xəbərlər