AZE | RUS | ENG |

“Klaustrofoblar” premyeradan 2 gün öncə “CinemaPlus”da

“Klaustrofoblar” premyeradan 2 gün öncə “CinemaPlus”da
"Gənclik Mall” TM-də yerləşən "CinemaPlus” kinoteatrında premyeradan 2 gün öncə "Klaustrofoblar” psixoloji trillerin nümayişi baş tutub.
Kinoteatr növbəti dəfə öz dekorasiyası ilə qonaqları təəccübləndirib. Filmdə istifadə olunan kvest formatında qapalı məkanı imitasiya edən, içində halqalar şəffaf qutu formasında qeyr-adi dekorasiya quraşdırılmışdır. Qonaqlar və tamaşaçılar böyük məmnunniyyətlə xatirə şəkilləri və selfi çəkdirirdilər.
Nümayişə müxbirlərdən əlavə, həmçinin məşhur ifaçılar, şoumenlər və bloggerlər dəvət olunmuşdur.
Filmin rejissoru Adam Robitel "Klaustrofoblar”larda əsas rollardan birini oynayıb.
Rollarda: Debora Enn Uoll, Taylor Labin, Teylor Rassel, Loqan Miller, Nik Dodani, Adam Robitel, Cessika Satton, Cey Ellis, Ceymi-Li Mani və Vere Tindale.
Süjetin mərkəzində - bir-birilərini tanımıyan altı nəfər gəncin əhvalatıdır, hansılara ki, bir milyon dollar mükafatı olan kvestdə iştirak təklif olunub. İştirakçılar otaqdan çıxmalıdırlar, lakin tezliklə anlayırlar ki, yüksək texnoloji tələlər ilə dolu olan labirintə düşüblər. Qəhrəmanlar öz fərasətlərini və dözümlüklərini göstərməlidirlər, çünki mərcdə həyatlarıdır. Nəticədə sağ qalmaq uğrunda tamamilə təsəvvür olunmaz döyüş başlayır.
Tədbirin təşkilində dəstək göstərmişdilər: Claustrophobia Baku kvesti və Red Bull.
"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.
 




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056