AZE | RUS | ENG |

“Kök oğlan idim, qız məni bəyənmədi” - Məktəb illəri

“Kök oğlan idim, qız məni bəyənmədi” - Məktəb illəri
Ülvi Həsənli: “İnada düşüb, yay tətilində idmanla məşğul oldum, arıqlayıb yaraşıqlı görkəm aldım”

Məktəb illəri hər birimizin həyatında ən gözəl, qayğısız, problemlərdən uzaq bir dövrdür. Hansı ki, həmin dövrdə yeganə narahatlığımız yaxşı qiymət almaq olur. Həyatın çətinliklərindən xəbərsiz olaraq, hər gün dərsimizi oxuyub, bəzən də oxumayıb məktəbə gedirik. Həmin illərdən bizə yadigar qalanlar xatirələrimizdir. Hansı ki, indi də onları yada salanda gülüb, "eh necə də şirin illərmiş” deyirik. Bu dəfə "Məktəb illəri” rubrikasının qonağı "Laləli saray” serialının gənc aktyoru Ülvi Həsənlidir.

Ülvi deyir ki, sənətinin başlanğıcı da elə məktəb illərinə təsadüf edir: "Mənim hansı sahəyə gedəcəyim elə o vaxtdan bəlli olmuşdu. Uşaqlıqdan incəsənətə həvəsim olub. Düzdür, futbola da marağım var idi. Amma atam futbolu davam etdirməyimi istəmədi. Ona görə də, teatrı seçdim. Məktəbdə olan tədbirlərdə kosa, keçəl rollarını mənə həvalə edirdilər. Deyərdim ki, elə bütün bayram tədbirlərində çıxış edirdim. Altıncı sinifdə oxuyanda məktəbin KVN komandasına qoşuldum. İlk dəfə idi ki, 6-cı sinifdən birini o komandaya götürürdülər. Bu, mənim həyatımda böyük əhəmiyyətə malik hadisə idi”.

Müsahibimiz deyir ki, hələ uşaq vaxtından kiçik tamaşalar qurub: "Hələ orta məktəbdə oxuyarkən həm ssenarist, həm aktyor, həm rejissor kimi tamaşalar qururdum. Elə o vaxtdan özümü incəsənət universitetinə hazırlayırdım. Amma təəssüf ki, ilk dəfədən qəbul ola bilmədim. Qabiliyyət imtahanından keçsəm də, test imtahanından topladığım bal kifayət etmədi. Növbəti il universitetə qəbul oldum. Yaxşı oxuyan tələbələrdən olmuşam. Biz qrup yoldaşlarımızla məşqlərə gedəndə, bufetdə oturan digər uşaqlar deyirdilər ki, bəsdir də, nə qədər oxumaq olar. Hansı ki, o insanlar indi məni görəndə "çəkilməyə kino, serial filan olsa, xəbər elə” deyirlər”.

Gənc aktyor yadda qalan xatirəsindən də danışdı: "Birinci kursda xoşum gələn bir qız var idi. Mən kənddən təzə gəlmişdim. Özüm də kök oğlan idim. 63 kilo idim. Qız məni bəyənmədi, inada düşüb, yay tətilində idmanla məşğul oldum, arıqlayıb yaraşıqlı görkəm aldım. İkinci kursda yeni tədris ili başlayanda qız tanımayıb, özü mənə yaxınlaşdı. Təbii ki, mən də qızı özümə yaxın buraxmadım”.

Günel Azadə

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6355
GBP 1 İngilis funt sterlinqi 2.2393
TRY 1 Türk lirəsi 0.2990
KWD 1 Küveyt dinarı 5.6110
SEK 1 İsveç kronu 0.1905
EUR 1 Avro 1.9649
CHF 1 İsveçrə frankı 1.7146
USD 1 ABŞ dolları 1.7000