• cümə, 19 Aprel, 23:52
  • Baku Bakı 24°C

Kiyevdəki aksiyada öldürülən şəxs erməni imiş

22.01.14 10:19 1226
Kiyevdəki aksiyada öldürülən şəxs erməni imiş
APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, həmin şəxsin Dnepropetrovsk şəhərindən gələn milliyyətcə erməni, 20 yaşlı Sergey Niqoyan olduğu açıqlanıb. O, meydan hərəkatının fəal iştirakçısı olub və hökumət binalarının yerləşdiyi Qruşevsk küçəsində nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən toqquşmalarda güllə yarası alıb. Başından və boynundan yaralanan S. Niqoyan ölüb. Hüquq-mühafizə orqanları əməkdaşlarının hansı güllədən istifadə etdiyi meyitin müayinəsindən sonra bəlli olacaq.
Ölüm faktı ilə bağlı araşdırmalara başlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəisinin müavini Aleksandr Radkeviç bildirib ki, istintaq-əməliyyat qrupu artıq hadisənin baş verdiyi əraziyə yollanıb: “Məsələni araşdırırıq. Həmin şəxsə tibbi yardım göstərilib, lakin o ölüb”. A. Radkeviç ölən şəxsin snayper tərəfindən vurulduğuna dair iddiaları rədd edib.
Ukrayna mənbələri daha bir nəfərin öldüyü haqda xəbər yayıblar. Həmin şəxs “Dinamo” stadionunun 13 metrlik sütunundan yıxılaraq ölüb və xəstəxanada keçinib.
banner

Oxşar Xəbərlər