• cümə, 29 Mart, 16:05
  • Baku Bakı 14°C

Kiyevdə yenidən qarşıdurmalar başlayıb

22.01.14 07:35 959
Kiyevdə yenidən qarşıdurmalar başlayıb
APA-nın “RBK-Ukrayna”ya istinadən verdiyi xəbərə görə, etirazçılar yandırıcı maye ilə doldurulmuş şüşə qablarını Mariinin parkı istiqamətində dayanmış asayiş keşikçilərinə atır. Məlumata görə, etirazçıların həmləsi intensiv xarakter daşımır.
“RİA Novosti”nin xəbərinə görə, milis əməkdaşları, buna cavab olaraq, etirazçılara qarşı səs qumbaralarından istifadə edir.
Qeyd edək ki, vəziyyət Kiyevdə yanvarın 19-da, iğtişaşlara görə məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan qanunların qəbulundan sonra, gərginləşib.
banner

Oxşar Xəbərlər