• çərşənbə axşamı, 23 aprel, 09:33
  • Baku Bakı 20°C

Kiyevdə Şərq Tərəfdaşlığı ölkələrinin media konfransı keçirilir

13.09.17 12:20 709
Kiyevdə Şərq Tərəfdaşlığı ölkələrinin media konfransı keçirilir
Ukraynanın paytaxtı Kiyevdə Şərq Tərəfdaşlığı ölkələrinin media konfransı keçirilir.
APA-nın məlumatına görə, konfransda Şərq Tərəfdaşlığı ölkələrindən, o cümlədən Azərbaycandan olan media təmsilçiləri, ekspertlər iştirak edir. Tədbirin açılışında Avropa genişləndirmə və qonşuluq siyasəti üzrə komissarıYohannes Hanın video müraciəti dinlənilib. O, ictimai fikrin formalaşmasında medianın böyük rol oynadığını bildirib. Komissar qeyd edib ki, tədbir noyabrda Brüsseldə keçiriləcək Şərq tərəfdaşlığı sammiti öncəsi çox böyük əhəmiyyəti var.Onun sözlərinə görə,medianın iqtisadi dayanıqlığını təmin etmək bu konfransın əsas mövzularından birini təşkil etməlidir. Y. Hann tədbirin çox məhsuldar müzakirələrə yol açacağına ümid etdiyini bildirib.
Tədbirdə Avropa İttifaqına sədrlik edən Estoniyanın xarici işlər naziri Sven Mikser də iştirak edir.
banner

Oxşar Xəbərlər