• cümə axşamı, 25 aprel, 04:33
  • Baku Bakı 19°C

Kiyevdə partlayış baş verib, 2 nəfər yaralanıb

24.08.17 16:58 883
Kiyevdə partlayış baş verib, 2 nəfər yaralanıb
Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində, Nazirlər Kabinetin binasının yerləşdiyi Qruşevski küçəsində partlayış baş verib.

APA-nın "korrespondent.net" saytına istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 14:06-da şəhər polisinin növbətçi hissəsinə Qruşevski küçəsində naməlum predmetin partladığı barədə məlumat daxil olub. Partlayış nəticəsində 1 kişi və 1 qadın xəsarət alıb.

Dərhal polis, Təhlükəsizlik Xidməti əməkdaşları və təcili yardım briqadları hadisə yerinə göndərilib. Ukrayna Təhlükəsizlik Şurasının katibiAleksandr Turçinovvə Milli Polisin rəisi Sergey Knyazev də olay yerində araşdırma aparıblar.

Partlayışın hökumət binası ilə "Dinamo" stadionu arasında baş verdiyi bildirilir. Polis yolları bağlayıb və istintaq hərəkətləri aparır.

Xatırladaq ki, Ukrayna bu gün Müstəqillik gününü qyed edir.
banner

Oxşar Xəbərlər