AZE | RUS | ENG |

Kiyevdə Müslüm Maqomayev parkı salınacaq

Kiyevdə Müslüm Maqomayev parkı salınacaq

Kiyevin mərkəzində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin xalq artisti Müslüm Maqomayevin adını daşıyacaq park salınacaq.
 
Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Kiyev şəhərinin mərkəzində salınacaq parkda tikintiyə başlamaq üçün Kiyev Şəhər Administrasiyasının rəsmi icazəsi alınıb.
 
Kiyev Şəhər Administrasiyasının Parklar İdarəsi müvafiq qərar qəbul edib.
 
Parkda Müslüm Maqomayevin 6 metr hündürlüyündə heykəli qoyulacaq. Heykəlin müəllifi tanınmış heykəltəraş, Ukraynanın Xalq Rəssamı Seyfəddin Qurbanovdur. Parkın açılışının oktyabrın sonlarında olacağı gözlənilir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6924
GBP 1 İngilis funt sterlinqi 2.2228
TRY 1 Türk lirəsi 0.3533
KWD 1 Küveyt dinarı 5.6122
SEK 1 İsveç kronu 0.1918
EUR 1 Avro 1.9801
CHF 1 İsveçrə frankı 1.7014
USD 1 ABŞ dolları 1.7000