• cümə, 19 Aprel, 06:11
  • Baku Bakı 13°C

Kiyevdə Leninin heykəlini aşırtdılar - Video

09.12.13 08:00 1321
Kiyevdə Leninin heykəlini aşırtdılar - Video
Bu gün axşam saatlarında Ukraynanın paytaxtı Kiyevdə etirazçıların “Milyonların marşı” adı altında keçirdikləri aksiya nəticəsində şəhərin mərkəzi küçələrində hərəkət dayanıb.
Hadisə şahidlərinin APA-ya vediyi məlumata görə, aksiyaçılar təxminən 20 dəqiqə bundan əvvəl Leninin Kreşatnik küçəsi ilə Şevçenko Bulvarının kəsişməsində yerləşən heykəlini dağıdıblar.
Heykəlin postamenti üzərinə isə Ukrayna və Avropa İttifaqının bayraqları sancılıb.
Qeyd edək ki, SSRİ dağıldıqdan sonra da Leninin Kiyevin mərkəzi küçəsində yerləşən heykəlinə toxunulmamışdı.
banner

Oxşar Xəbərlər