• cümə axşamı, 28 mart, 17:35
  • Baku Bakı 16°C

Kiyevdə keçirilən festivalda soydaşlarımız da təmsil olunub

25.08.19 16:18 4409
Kiyevdə keçirilən festivalda soydaşlarımız da təmsil olunub
Ukraynanın paytaxtı Kiyev şəhərində dövlət müstəqilliyinin yaranmasının 28-ci ildönümü münasibətilə "Etnik çələngi” adlı festival keçirilib.
AZƏRTACxəbər verir ki, festivalda Azərbaycanın milli musiqisi və milli geyimi təbliğ olunub. Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti, soydaşımız Qurban Abbasov və müğənni Natalya Kudryaşovanın rəngarəng çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Azərbaycan bəstəkarlarının mahnılarının Ukrayna dilində səsləndirilməsi, Azərbaycanın milli rəqs nömrələri festivala əlavə rəng qatıb. Festivalda uşaqlar üçün xüsusi yarışmalar da təşkil olunub.
Daha sonra festival Ukraynada yaşayan digər etnik xalqların konserti ilə davam edib.

banner

Oxşar Xəbərlər