• cümə axşamı, 25 aprel, 15:57
  • Baku Bakı 23°C

Kiyevdə GUAM ölkələri arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq

11.09.19 14:00 581
Kiyevdə GUAM ölkələri arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq
Sentyabrın 12-13-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 49-cu iclası keçiriləcək.
GUAM-ın Milli Əlaqələndiricilər ŞurasındanAZƏRTAC-a bildiriblər ki, iclasın ilk günü quruma üzv olan ölkələrin ekspertləri səviyyəsində müzakirələr aparılacaq. GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsi müzakirə olunacaq.
Sentyabrın 13-də isə GUAM-a üzv olan ölkələrin Xarici İşlər nazirlərinin müavinlərinin iştirakı ilə iclasın rəsmi açılışı olacaq. Toplantıda Azərbaycanı Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.
İclasın sonunda protokol imzalanacaq.
banner

Oxşar Xəbərlər