• cümə axşamı, 18 aprel, 19:39
  • Baku Bakı 21°C

Kiyevdə etirazlar böyüyür

05.12.13 07:55 1222
Kiyevdə etirazlar böyüyür
APA-nın məlumatına görə, noyabrın 4-də axşam saatlarında etirazçılara dəstək vermək üçün əraziyə sabiq daxili işlər naziri Yuri Lutsenko və UDAR partiyasının sədri Vitali Kliçko gəlib.
Maydanda on minlərlə insan toplaşıb və onların sayı artmaqdadır. Burada qurulan çadırlarda insanlar isinə bilər, onlara isti geyim paylanılır, yemək, çay və kofe verilir.
Şəhərin əsas küçəsi olan Kreşatikdə improvizə edilmiş konsertlər təşkil edilir, orada milli mahnılarla yanaşı Viktor Tsoyun mahnıları səslənir.
Durum sakit olaraq qalır. Hər ehtimala qarşı Maydanda Təcili tibbi yardım briqadaları növbə çəkir. Həkimlərin bildirdiyinə görə, xəsarət alanlarla bağlı hər hansı müraciət daxil olmayıb.
Kreşatiklə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Küçənin bəzi hissələrinə giriş hələ də taxtalarla, dəmir parçalarla bağlanıb. Hüquq-mühafizə orqanları əməkdaşları ərazidə görünmürdü.
Aksiyanın keçirildiyi meydanda təkcə Ukrayna və Avropa İttifaqının bayraqları deyil, bir sıra siyasi partiya və ölkələrin – Litva, Polşa və Gürcüstan bayraqları da var. Bu ölkələrin nümayəndələri Avropaya inteqrasiya tərəfdarlarını dəstəkləmək üçün gəliblər. Maydanda Ukraynanın müxtəlif bölgələrindən olan insanların sayı çoxalır, etirazçıları dəstəkləmək üçün hətta Rusiyanın Novosibirsk şəhərindən gələnlər də var.
Aksiya iştirakçıları “Zeka get” (Zek iki dəfə həbsdə olan Viktor Yanukoviçə deyirlər), “Güc birliyimzədir”, “Gələciyimiz Maydandadır” şüarlarını səsləndirir.
Sabiq daxili işlər naziri Yuri Lutsenko hamını Maydana çıxmağa səsləyib: “İndi taleyimiz həll olunur. Mən sizdən bir ata, siyasətçi və vətəndaş kimi xahiş edirəm: rəşadətli və məsuliyyətli olun Maydanda. Quldarlığın sərhədlərini gizli və tək-tək keçmək olmur. Biz bunu yalnız birlikdə edə bilərik. Mən sizi özünüzə, dövlətdəki rolunuza görə mübarizə aparmağa səsləyirəm. Bizə başqa ölkə lazımdır. O ölkədə Donetsk mafiyasının özbaşnalığına (hazırki prezident Donetskdə anadan olub) yer yoxdur”.
Lutsenko həmçinin hüquq-mühafizə orqanlarını xalqın tərəfinə keçməyə çağırıb: “Polkovniklər, mayorlar, kapitanlar... Mən sizi unutmayacam. Sadə seçiminiz var: cümə gününədək qərar qəbul etmək – ya xalqın, ya da hakimiyyətin tərəfində olmaq. Öz seçiminizi edin!”.
V.Kliçko da Ukrayna xalqını yeniliklər, korrupsiyanın aradan qaldırılması naminə Avropa standartlarını dəstəkləməyə çağırıb.
Aksiya iştirakçıları arasında müxtəlif yaşlarda olan insanlar var idi, yeniyetmələrdən yaşlı nəslin nümayəndələrinədək. 36 yaşlı Yuliya dedi ki, onu və bir çox insanı Maydana gəlməyə ötən həftə aksiyanın “Berkut” xüsusi təyinatlı dəstə tərəfindən dağıdılması vadar edib. “Əvvəllər Avromaydana getmirdim. “Berkut”un aksiyanı dağıtmasından sonra hakimiyyətin özbaşnalığına öz münasibətimi bildirmək üçün bura gəldim. O qədər insan xəstəxanaya düşdü, bəzilərini hələ də tapa bilmirlər. Aksiya dağıdıldıqdan sonra Maydana gələnlərin sayı on mindən yüz minlərədək artdı. İnsanlar göstərmək istəyir ki, daha belə yaşamaq istəmirlər. Burada cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar var. Bura gələn tanışlarımın arasında kifayət qədər imkanlı şəxslər də var”.
36 yaşlı aksiya iştirakçısı bu dinc nümayişin uğuruna inandığını bildirb. Onun sözlərinə görə, ilk qələbələrdən biri Ukraynanın təhsil naziri müavininin aksiyada iştirak edən tələbələrə administrativ təzyiqin göstərilməməsi haqda fərmanı olub.
banner

Oxşar Xəbərlər