• cümə, 29 Mart, 19:05
  • Baku Bakı 14°C

Kiyevdə atəş səsləri: “Berkut” Müstəqillik meydanını təmizlədi

22.01.14 13:21 1258
Kiyevdə atəş səsləri: “Berkut” Müstəqillik meydanını təmizlədi
“Berkut” xüsusi təyinatlıları və Daxili Qoşunlar nümayişçiləri Nazirlər Kabinetinin binasının yerləşdiyi Qruşevsk küçəsindən uzaqlaşdırıb.
APA-nın “5-ci kanal” və “RBK Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, güc strukturlarının nümayəndələri gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər qarla doldurduqları kisələrdən və təkərlərdən 2 metr hündürlüyündə barrikada qursalar da, xüsusi təyinatlıların güclü təzyiqi nəticəsində Müstəqillik meydanına doğru geri çəkilməyə məcbur olublar.
Kiyevdə atəş səsləri də eşidilir. Yaralanan fəallardan birini təcili yardım maşını aparıb. Gərginlik davam edir.
Ukrayna prezidenti Viktor Yanukoviç isə ölkə vətəndaşlarını radikal müxalifətçilərin təxribatlarına uymamağa çağırıb. APA – nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, dövlət başçısı bəyanatında qeyd edib ki, Kiyevdəki münaqişəni sülh yolu nizamlamaq üçün hələ imkanlar var.
“Bir daha müxalifəti danışıqlar masasına keçməyə və qarşıdurmanı dayandırmağa çağırıram. Mən qan tökülməsinin əleyhinəyəm. İnsanları evlərinə qayıtmağa səsləyirəm. Biz Ukraynada sülh və sabitliyi bərpa etməliyik”, - deyə prezident vurğulayıb.
V.Yanukoviç həmçinin siyasi ekstremistlər tərəfindən Kiyevdə qızışdırılan iğtişaşlar nəticəsində baş vermiş ölüm hallarından təəssüfləndiyini bildirib.
banner

Oxşar Xəbərlər