• cümə, 29 Mart, 11:15
  • Baku Bakı 5°C

Kiyev-Bakı aviareysləri artırılacaq

24.09.13 12:10 1778
Kiyev-Bakı aviareysləri artırılacaq
“APA-Economics”in UİA-nın saytına istinadən verdiyi məlumata görə, saziş Ukraynanın bölgələrində yaşayan vətəndaşların Bakıya rahat şəkildə gəlməsinə yardım edəcək. Azərbaycandan olan səyahətçilər isə UİA-nın uçuş şəbəkəsindən istifadə etməklə Avropanın, MDB, Yaxın Şərq ölkələrin paytaxtlarına uçmaq imkanı qazanacaqlar.
Beləliklə, 2013-cü ilin oktyabrında başlayacaq və gələn ilin martında bitəcək qış mövsümü zamanı Azərbaycan və Ukrayna paytaxtları arasında həftə ərzində 8 reys yerinə yetiriləcək. Uçuşlar “Boeing-737” və “Airbus-320” tipli təyyarələri ilə gerçəkləşəcək.
Qeyd edək ki, hazırda Bakıdan Kiyev də daxil olmaqla Ukraynanın 4 şəhərinə aviareyslər mövcuddur.
banner

Oxşar Xəbərlər