• cümə, 29 Mart, 01:55
  • Baku Bakı 7°C

KİVDF fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini açıqlayıb

19.07.13 13:35 1300
KİVDF fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini açıqlayıb
Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının iclası keçirilib. Bu barədə APA-ya KİVDF-dən məlumat verilib.
İclasda 22 iyul Milli Mətbuatın yaranmasının 138 illiyi ilə əlaqədar keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri və Milli Mətbuatın yaranmasının 138 illik gününün təntənəli şəkildə qeyd edilməsi üçün proqram təsdiqlənib.
Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, 22 iyul Milli Mətbuatın yaranmasının 138 illik günü ilə əlaqədar keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə qatılmaq üçün 92 nəfər jurnalist Fonda yazı təqdim edib. Təqdim edilmiş yazılar Fondun müəyyənləşdirdiyi ekspertlər tərəfindən qiymətləndirilib. Müşahidə Şurasının üzvləri ekspert rəylərini əsas götürərək, 45 nəfər jurnalistin müsabiqənin qalibi, 15 nəfər jurnalistin isə həvəsləndirici mükafatla təltif edilməsi barədə qərar qəbul edib. Müsabiqə şərtlərinə əsasən, yüksək bal toplayaraq qalib olan 45 nəfər jurnalistə 1000 manat, həvəsləndirici yer tutan 15 nəfər jurnalistə isə 300 manat mükafat verilməsi barədə qərar qəbul olunub.
banner

Oxşar Xəbərlər