Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ümummilli Lider Heydər Əliyevin
xatirəsinə həsr edilmiş V atıcılıq turnirinə start verir.
Turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in
rolunun artırılmasıdır. Turnir may ayının 5-də "Hərbi Vətənpərvərlik
və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu
rayon filialında keçiriləcəkdir. Yarışda 3 nəfərdən təşkil
olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edə bilər. İki
mərhələdə keçiriləcək turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli
hədiyyələrlə mükafatlandırılacaqlar. Turnirdə iştirak etmək istəyən hər bir KİV-dən
komandanın tərkibi haqqında məlumatı aprel ayının 20-dək Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına və yaxud info@seferberlik.gov.az elektron ünvanına göndərmək xahiş
olunur. Məlumata aşağıda qeyd olunanlar daxil
edilməlidir: komanda üzvlərinin soyadı, adı, atasının adı, təvəllüdü, vəzifəsi.