• cümə, 29 Mart, 19:04
  • Baku Bakı 14°C

KİV nümayəndələri arasında V atıcılıq turniri keçiriləcək

16.04.18 15:10 597
KİV nümayəndələri arasında V atıcılıq turniri keçiriləcək
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi XidmətəÇağırış üzrə Dövlət Xidməti Ümummilli Lider Heydər Əliyevin xatirəsinəhəsr edilmiş V atıcılıq turnirinə start verir. Turnirin məqsədivətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolununartırılmasıdır. Turnir may ayının 5-də "Hərbi Vətənpərvərlik vəMütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialındakeçiriləcəkdir. Yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindənibarət komandalar iştirak edə bilər. İki mərhələdə keçiriləcək turnirdəI, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırışüzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrləmükafatlandırılacaqlar.Turnirdə iştirak etmək istəyən hər bir KİV-dən komandanıntərkibi haqqında məlumatı aprel ayının 20-dək Səfərbərlik və HərbiXidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına və [email protected] ünvanına göndərmək xahiş olunur.Məlumata aşağıda qeyd olunanlar daxil edilməlidir: komanda üzvlərininsoyadı, adı, atasının adı, təvəllüdü, vəzifəsi.
banner

Oxşar Xəbərlər