• cümə, 19 Aprel, 23:29
  • Baku Bakı 24°C

KİV nümayəndələri Ağ Evin brifinqinə buraxılmayıb

25.02.17 09:15 740
KİV nümayəndələri Ağ Evin brifinqinə buraxılmayıb
ABŞ-ın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri Ağ Evin gündəlik brifinqinə buraxılmayıb.
APA-nın xəbərinə görə, bu barədə CNN telekanalı məlumat verib.
Məlumata əsasən, CNN-dən başqa "New York Times”, "Politico”, "Los Angeles Times" qəzetləri də brifinqdən kənarda qalıb.
Bundan əvvəl heç vaxt belə hadisənin baş vermədiyini bildirən telekanal qeyd edir ki, jurnalistlərin brifinqə buraxılmamasının səbəblərini Ağ Ev açıqlamayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu gün bəzi ABŞ KİV-lərini "xalqın düşməni” adlandırıb.
banner

Oxşar Xəbərlər