• cümə, 29 Mart, 09:40
  • Baku Bakı 5°C

KİV: Maykl Essyen karyerasını "Səbail"də bitirəcək

27.05.20 10:15 667
KİV: Maykl Essyen karyerasını "Səbail"də bitirəcək
"Səbail" klubunun futbolçusuMaykl Essyenkaryerasını bitirməyə hazırlaşır.
"Report" Qana mətbuatına istinadən xəbər verir ki, afrikalı yarımmüdafiəçi futbolla Bakı klubunda vidalaşacaq.
İddiaya görə, yaşının çox olmasıonu bu qərarı verməyə məcbur edir: "Essyen "Səbail"də oynamaqla, görünür, həm də futboldan sonrakı həyata hazırlaşır. Çünki o, U-19 komandasında baş məşqçinin köməkçisi işləməklə üzərinə məsuliyyət götürüb".
Məlumatda bildirilib ki, bu yay "dənizçilər"lə müqaviləsi başa çatacaq 38 yaşlı oyunçu mövsüm ləğv olunacağı halda, futboldan gedəcək: "Amma Premyer Liqa bərpa olunsa, Essyen mövsümü başa vurub sonra vidalaşacaq".
Qanalı futbolçunun karyerasını ölkəsinin "Liberty Professionals" klubunda başa vura biləcəyi də istisna olunmur. Lakin bununla bağlı heç bir tutarlı əsas yoxdur: "Onun özü də gələcəyi barədə dəqiq məlumat vermir", - məlumatdabildirilib.
Qeyd edək ki, 2019-cu ilin martından "Səbail"də çıxış edən Maykl Essyen karyerası ərzində "Çelsi" (İngiltərə), "Real Madrid" (İspaniya) və "Milan" (İtaliya) kimi Avropa nəhənglərinin formasını geyinib.
banner

Oxşar Xəbərlər