• cümə, 29 Mart, 14:12
  • Baku Bakı 14°C

KİV Fondu qəzetlər üçün yeni şərtlər açıqladı, müsabiqə elan etdi

10.12.13 16:35 952
KİV Fondu qəzetlər üçün yeni şərtlər açıqladı, müsabiqə elan etdi
Dekabrın 10-da Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda Fondun icraçı direktoru Vüqar Səfərli, Fondun büdcəsində KİV layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsait barədə məlumat verib. O, həmçinin, KİV layihələrinin maliyyələşdirilməsi şərtlərində bəzi dəyişikliklərin edilməsi zərurətini də qeyd edib. Bildirib ki, əvvəllər layihələrin icrası üçün 6 ay müəyyən edilib. KİV dinamik sahə olduğundan və intensiv dəyişikliklər qarşıya çıxdığından, layihələrin icra müddətinin 3 aya endirilməsi, buna uyğun olaraq müsabiqələrin ildə 2 dəfə deyil, 4 dəfə keçirilməsi məqsədəuyğun olar.
V. Səfərli onu da bildirib ki, Fondun ötən dövrdə ayırdığı maliyyə yardımları ölkə KİV-lərinin texniki imkanlarının, dövriliyinin və tirajlarının artmına ciddi təsir göstərib. Bunu nəzərə alaraq, müsabiqəyə qatılmaq istəyən KİV-lər üçün tiraj və yayımla bağlı müəyyənləşdirilən şərtlərin dəyişdirilməsi, hər buraxılışın satış və ya abunə yolu ilə yayılması həddinin 750 nüsxədən 1000 nüsxəyə, tirajın isə 2000 nüsxədən 2500 nüsxəyə çatdırılması məqbul olar.
Müşahidə Şurasının üzvləri təqdim edilmiş təkliflər ətrafında müzakirə aparıblar. Müşahidə şurasınn üzvü Əflatun Amaşov qeyd edib ki, iki il əvvəl müsabiqə şərtlərinə edilmiş əsaslı dəyişikliklərin, eyni zamanda göstərilən maliyyə dəstəyinin artırılması KİV-in inkişafına ciddi müsbət təsir göstərdiyi üçün, yeni müsabiqə şərtlərində tiraj və yaymla bağlı dəyişikliklər edilməsi realdır. Bununla yanaşı Ə. Amaşov maliyyələşmə ilə keçirilən müsabiqələrin ildə 2 dəfə deyil, 4 dəfə olmasının da məqsədəuyğunluğunu vurğulayıb.
Müşahidə Şurasının üzvləri Vüqar Rəhimzadə, Rəşad Məcid çıxış edərək tiraj və yayım şərtinin dəyişdirilməsinin KİV redaksiyalarını öz işlərinə daha məsuliyyətli yanaşmağa vadar edəcəyini bildiriblər.
Sonra təklif səsə qoyuldu və yekdilliklə qəbul edilib.
Yeri gəlmişkən, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2014-cü ilin 1-ci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.19 istiqamət üzrə elanan olunan müsabiqədə son 3 ildə müntəzəm nəşr olunan, dövrüliyi həftədə 1 dəfədən və tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər. Iştirak edəə biləcəklər.
Sənədlər dekabrın 10-dan 25-dək qəbul olunacaq.
banner

Oxşar Xəbərlər