• çərşənbə axşamı, 19 mart, 14:00
  • Baku Bakı 8°C

Kitabsevərlər fərqlənir

06.06.17 14:20 1835
Kitabsevərlər fərqlənir
Həm müasir dünyanın dörd tərəfdən texnologiya ilə hasarlanmış insanının həyatını real məfhumlara yaxınlaşdırmaq, həm də çap nəşrlərin e-kitablar üzərindəki böyük fərqlə üstünlüyünü qorumaq üçün aparılan saysız-hesabsız araşdırmalardan birinə də "onedio” saytı imza atıb. Bu araşdırmada kitabsevərləri, qiraəti həyatının ayrılmaz hissəsi hesab edənləri digərlərindən ayıran konkret xarakterik keyfiyyətlər müəyyənləşdirilib. Heyəti bu araşdırmadan sonra kimsə sadəcə "kitabsevər” olduğunu iddia etməklə, ətrafdakıları buna inandıra bilməyəcək. Kitabsevərləri ayıran xüsusiyyətlər nələrdir? Onları necə tanıyacağıq?
1. Kitab qoxusuna həssasdırlar – İstər yeni, istər köhnə olsun, əllərinə aldıqları kitabı iyləyirlər. Böyük əksəriyyəti bununla kifayətlənməyərək, "Bax, iylə, nə gözəl qoxur” deyərək, yanındakıları da məcbur edirlər.
2. Onlayn alış-verişdəki endirim onlar üçün əvəzolunmaz fürsətdir – Ən ucuz kitabların harada satıldığını bilirlər. Yarmarka və sərgilərin daimi iştirakçılarıdırlar. Onlayn kitab aldıqları firmaların endirim elanları hər zaman kitabsevərlərin nəzərində "'l'dw.m'z fürsət”dir.
3. "Book cafe”lər ən sevimli məkanlarıdır – Başqaları book kafelərdən maksimum üç dəfə zövq ala bilər. Amma kitabsevərlər bu məkanlara girəndə çıxmaq bilmirlər. Oturduqları, söhbət etdikləri və ya yemək yedikləri yerdə hara baxsalar kitab görmək onları xoşbəxt edir. Adətən, belə yerlərə tək getməyi sevirlər.
4. Axtardıqları məhəbbətə kitabxanada, kitab evində ya da ədəbiyyatla bağlı bir tədbirdə rast gələcəklərini düşünürlər – Çox kitab oxuyanların, əksərən, romantik tərəfləri daha üstündür. Bəzən həyata ancaq çəhrayı pəncərədən baxmaq istəyirlər. Çox rast gəlinən hadisə olmasa da, yaxın dostlarını, axtardıqları məhəbbəti məhz ədəbi yerlərdə tapacaqlarına inanırlar. Çünki tanış olduqları insanların qiraətdən zövq alması kitabsevərlər üçün mühüm detaldır.
5. Kitablarına zərər gəlməsinə dözmürlər – Bu tiplər çirklənməsin, zədələnməsin deyə, sevimli kitablarını rəfdən kənara çıxarmazlar. Bu kitabların zədələnməsinə, cırılmasına, əzilməsinə dözümləri yoxdur. Məhz, bu səbəbdən kitablarını bölüşməkdən xoşları gəlmir.
6. Kitabsevərlərin xüsusi havası var – Kitaba könül vermiş insanların öz iqlimi var. Onların hamısını payız və erkən yaz birləşdirir. Kitabsevərlər üçün yağışlı və tutqun havalar qiraətin havasıdır. Hətta aralarında ən sevdikləri kitabları oxumaq üçün məhz bu mövsümü gözləyənləri də var.
7. Kitab oxumağa həmişə vaxt tapırlar – "Qiraətə ayırmağa vaxtım yoxdur” deyənləri görən gözləri yoxdur. Günləri nə qədər məşğul, yorucu keçirsə, keçsin, mütləq qiraətə zaman tapa bilirlər. İctimai nəqliyyatda, dayanacaqda, yemək zamanı oxuduqları bir neçə səhifə də onları sakitləşdirə bilir.
banner

Oxşar Xəbərlər