• cümə, 26 Aprel, 20:51
  • Baku Bakı 22°C

“Kitabla dostluq” layihəsinin təqdimatı həyata keçirilib

08.01.18 13:00 1303
“Kitabla dostluq” layihəsinin təqdimatı həyata keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun mütaliə sevərlər üçün təqdim etdiyi "Kitabla dostluq” layihəsinin təqdimatı baş tutub.
Uşaq və gənclər arasında elmi və bədii ədəbiyyata marağın artırılması məqsədilə yerli və xarici ədəbiyyat nümunələri oxunub qaytarmaq şərtilə layihəyə cəlb olunmuş orta məktəb şagirdlərinə paylanılıb. Şagirdlər mütaliə etdikləri kitablar haqqında müzakirələrdə iştirak edib və layihənin mütaliə vərdişlərinin aşılanmasında böyük əhəmiyyəti olduğunu qeyd ediblər.
Sonda layihədə istifadə olunan kitablar ucqar kənd məktəb kitabxanalarının təkmilləşdirilməsinə kömək məqsədilə Astara rayon kənd məktəbinə bağışlanıb.
Layihə rəhbəri Vüsalə Əliyeva dünyada kompyuter texnologiyaları, internetin inkişafı, elektron kitab, ümumiyyətlə, kitab oxucusunun azalmasına təsirsiz qalmadığını deyib: "Lakin bu vəziyyət nə dərəcədə vüsət alsa da, kitab nəşrini sıxışdırıb aradan çıxara bilməz. Məqsədimiz kitab oxumağı təbliğ etmək, mütaliə mədəniyyətini formalaşdırmaqdan ibarətdir. Biz kitabla tərbiyə olunmuşuq, kitab oxuya-oxuya kitab qəhrəmanlarının ruhunda tərbiyə olunmuşuq, onlara bənzəməyə çalışmışıq. Amma təəssüf edirəm ki, bu gün uşaqlarımız kitab qəhrəmanlarına oxşamaq haqqında fikirləşmirlər. Oxucuların mənəvi–estetik zövqünü, zehni inkişafını formalaşdırmaq, Azərbaycanda kitab nəşri, kitab yayımı və mütaliəsinə kömək məqsədilə "Kitabla dostluq” etməyə gəlin”.
banner

Oxşar Xəbərlər