• cümə axşamı, 25 aprel, 11:11
  • Baku Bakı 14°C

Kitab yandırmaq

28.06.16 11:44 2009
Kitab yandırmaq

Ötən həftə Türkiyə mətbuatında böyük etirazla qarşılanan hadisələrdən biri də ədəbiyyatla bağlı oldu. Belə ki, "Avesta Nəşrləri” nəşriyyat evinin kitab deposunu yandırması ilə bağlı xəbər yayıldı. "Türkiyə Naşirlər Birliyi” məsələ ilə bağlı sərt mövqeyini ortaya qoymaqla kifayətlənməyib, hökuməti artıq bu sahədə ciddi tədbirlər görməyə çağırıb. "t24.com”un xəbərinə görə, qurum hadisə ilə bağlı bəyanət yayımlayıb. Bəyanatın mətnində deyilir: "Avesta Nəşrləri”nin Diyarbəkirin Sur əyalətində, İsgəndərpaşa Məhəlləsində yerləşən deposu 15 iyun 2016-cı il, Türkiyə saatı ilə 22.00 radələrində naməlum şəxslər tərəfindən yandırılıb. İki mərtəbə, 3 otaqlı bazanın bir otağında başlayan yanğın Təravih namazından qayıdanların ayıqlığı nəticəsində söndürülüb. Otaqlardan birində başlayan yanğının digər otaqlara da çox zərər dəymədən söndürülməsi mümkün olub. Yanğın nəticəsində nəşriyyatın böyük kitab kolleksiyası kül olub. Nəşriyyata ciddi maddi ziyan dəyib. Əhalinin qeyri-peşəkar müdaxilələri nəticəsində, yanğının söndürülməsi zamanı islanaraq, sıradan çıxan kitablar bu ziyanı ikiqat edib. Deponun gözətçisi hadisədən əvvəl hansısa təhdid almadıqlarını, bir müddət əvvəl də kitabxanadan zorla 30 kitabın çıxarılıb, ictimai şəkildə yandırıldığını və iki hadisənin bir-biriylə əlaqəli ola biləcəyini deyib. Kitab və kitabxana yandırmaq təzyiqə, insan hüquqlarının pozulmasını naminə siyasi xəttini yeritməyə meylli hökumətlər tərəfindən idarə olunan cəmiyyətlərdə daha sıx rast gəlinən haldır və cəmiyyəti düşüncədən, xatirədən, mədəni tarixdən məhrum etmək, onu hökumətə sərf edən şəkildə "əhliləşdirmək” üçün atılan addımdır. Bu kimi hadisələr tarixin yaddaşında həmişə utancverici hadisələr kimi qalır. "Avesta Nəşrləri”nin üzləşdiyi bu utancverici hücumu pisləyir, günahkarlara qarşı daha ciddi və sərt tədbirlər görülməsini tələb edir, nəşriyyata dəyən maddi ziyanın Mədəniyyyət Nazirliyi tərəfindən ödənməsini xahiş edirik”.

Məlumat üçün qeyd edək ki, artıq nazirlikdə nəşriyyata kompensasiya ödənməsi məsələsi ilə bağlı görüşlər keçirildiyi bildirilir.

banner

Oxşar Xəbərlər