• cümə axşamı, 18 aprel, 20:09
  • Baku Bakı 21°C

Kitab sərgisindən fotoreportaj

21.11.16 11:19 1808
Kitab sərgisindən fotoreportaj
İstanbulda keçirilən 35-ci Beynəlxalq Kitab Sərgi-yarmarkası bu dəfə də oxucu, ziyarətçi izdihamı ilə seçilirdi. Qaynarlığına görə dünyanın əksər kitab sərgilərindən seçilən bu fuarda ölkəmiz də təmsil olunurdu. Noyabrın 12-də fəaliyyətə başlayan sərgiyə 20-dən çox ölkənin 1000-ə yaxın kitab sənəti və nəşriyyat-poliqrafiya müəssisəsi qatılmışdı. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin Türkiyədəki səfirliyinin dəstəyi ilə sərgidə respublikamız da təmsil olunurdu. Qız qalası və qala divarlarının təsviri əsasında 42 kvadratmetrlik sahədə qurulmuş stenddə Azərbaycanın tarixinə, mədəniyyətinə, turizm imkanlarını, ədəbiyyatına, aid 350 adda 600-dən çox çap məhsulları sərgilənirdi. Azərbaycan stendində Qarabağa həsr olunmuş kitablardan ibarət xüsusi guşə yaradılmışdı. Bundan başqa, bölməmizdə "Kaspi” nəşrləri seriyasından çap edilən kitablar da sərgilənirdi. Fuar günlərində "Qanun” nəşriyyatı da xüsusi stenddə öz nəşrlərini nümayiş etdirirdi.
Sərgi çərçivəsində Yusif Vəzir Çəmənzəminlinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Zəngin Yayınçılıq” nəşriyyatı tərəfindən çap edilən "Qan içində” romanının türk dilində təqdimatı da keçirildi.
Azərbaycan nümayəndə heyəti tərəfindən noyabrın 14-də Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə anma mərasimi də təşkil edildi. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən mərasimdə rəsmi şəxslər, o cümlədən ölkəmizin İstanbuldakı Baş konsulluğunun rəhbərliyi, Azərbaycan və Türkiyədən olan ziyalılar, yazıçı və şairlər, QHT və KİV təmsilçiləri iştirak etdilər. Mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, AMEA-nın müxbir üzvü, Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı Nizami Cəfərov, Səməd Vurğunun Ev Muzeyinin direktoru Nüşabə Vəkilova, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və türkiyəli yazıçı Yasemin Bayer çıxış etdilər.
Daha əhatəli təəssürat yaranması üçün İstanbul Kitab Sərgisindən fotoreportajı təqdim edirik.

banner

Oxşar Xəbərlər