• cümə, 29 Mart, 12:10
  • Baku Bakı 14°C

Kitab sərgi-yarmarkasına insanların gur axınını görmək çox sevindiricidir

29.09.19 12:00 600
Kitab sərgi-yarmarkasına insanların gur axınını görmək çox sevindiricidir
Kitab sərgi-yarmarkasına insanların gur axınını görmək çox sevindiricidir. Kitab bilikdir, elmdir, mədəniyyətdir.
Bu fikirləriAZƏRTAC-a müsahibəsində VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində keçirilən "Ağdamda nəyim qaldı” kitabının imza günündə yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli deyib.
O qeyd edib ki, belə tədbirlərin təşkili Azərbaycanda nəşriyyat və poliqrafiya sahəsinin daha da inkişaf etdirilməsi, çap məhsullarına kütləvi marağın təmin edilməsi, xarici ölkələrin nəşriyyatları ilə əlaqələrin qurulması, kitab mübadiləsi üçün əhəmiyyətlidir. Sərgidə xüsusilə də gənclərin sayının çox olması sevindiricidir. Yarmarka çərçivəsində müxtəlif nəşriyyat evlərinin təqdim etdiyi kitablarla tanışlıq, eləcə də kitab təqdimatlarının, imza günlərinin təşkili təqdirəlayiqdir.
Əli Əmirli bildirib ki, gələcəkdə bu tədbirin yeni formatı ola bilər. Məsələn, insanların toplaşdığı fərqli məkanlarda, paytaxtın sıx olan mərkəzi küçələrində belə sərgilərin təşkili yaxşı olardı. Kitab satışı ilə məşğul olan təşkilatlar marağı artırmaq üçün zamanın tələbinə uyğun olaraq öz işlərini təşkil etməyi bacarmalıdırlar. Kitab oxunaqlı olanda nəşriyyat evləri özləri onu çap etməkdə maraqlı olurlar. Yazılan kitablar oxucuda maraq oyatmalıdır.
banner

Oxşar Xəbərlər