AZE | RUS | ENG |

Kitab oxumaq ömrü uzadır

Kitab oxumaq ömrü uzadır
Əgər uzun və xoşbəxt yaşamaq istəyirsənsə, kitab oxuyun

İnsan beyni alimlərin yeni sirlərinin hədəfindədir. Hazırda insanların mütaliədən o qədər də ruhlanmaması alimləri düşündürməyə başlayıb. Bu gün, məsələn Rusiyada ölkə əhalisinin yarıdan çoxu kitab almır. Rusiya mətbuatında yazılanlara görə, əhalinin üçdə bir hissəsindən çoxu kitab oxumur. 79 faiz vətəndaşlar kitabxanaya getmirlər. Bundan əlavə, Rusiyanın hər üçüncü sakininin evində, ümumiyyətlə, kitab yoxdur. Nəticədə buraxılan kitabların demək olar ki, yarıdan çoxu öz oxucusunu tapmır. Araşdırmalara görə, kitabla belə rəftar ölkənin intellektual imici üçün mənəvi zərərə gətirib çıxarır. Xüsusən də böyüyən nəsil arasında zərərli tendensiya kəskin hiss olunmaqdadır.

Amerika alimləri «Milli Elmlər Akademiyasının məruzələri» jurnalının axırıncı buraxılışında maraqlı tədqiqatın nəticələrini təqdim ediblər. “Beyində aparılan tomoqrafiyanın diffuziyasının prinsipləri onunla nəticələnib ki, suyun diffuziyasının tezliyi beynin müxtəlif hissələrinə istiqamətlənib. Bununla da neyronların uzun çıxıntısından informasiya almaq mümkündür”. Bu unikal metod vasitəsilə tədqiqatçılar 7 yaşından 14 yaşına qədər 55 uşağın beyninin şəklini çəkiblər. Məqsəd uşaqların oxuma qabiliyyətlərinin necə inkişaf etdiyini öyrənmək olub. Müşahidələr 3 il ərzində davam edib. Nəticədə mütaliə edən və oxuma çətinliyi mürəkkəb olan uşaqlarda fərqlilik aşkara çıxıb. Diffuziya tomoqrafiyası fərqliliyin xüsusən iki hissəyə - nitqə və beynin vizual mərkəzinə aid olduğunu göstərib. Məlum olub ki, mütaliyəyə həris oxucuların əlaqəsi başlanğıcda zəif olursa, tədricən güclənir. Kimdə ki, oxumaq çətinliklə alınır, proses əks istiqamətə gedir.
Başqa sözlə, çalışqan gənc oxucular daha inkişaf etmiş əsəb hüceyrə tellərinə (neyron) və bundan irəli gələn nəticələrə malikdir. Erkən mərhələdə əqli inkişafdan çətinlikləri olan uşaqların aşkarlanması həqiqətən də çox anormal ola bilər. Alimlər bildirirlər ki, uşaqlarda erkən yaşlarında inkişaf çətin gedir və tədricən güclənməyə başlayır.

Dil - virus

Mütəxəssislər həmçinin qeyd ediblər ki, dil – virusdur və insanın beynini işğal edir. Bu virus altında insan beynini necə qurmaq lazımdır? London Universiteti ilə Uels Universitetinin alimləri San-Fransiskoda 53-75 kişi və qadınlar arasında telomerin (hüceyrələrin hissələrə bölünmə prosesinin düzgünlüyünü tənzimləyir) uzunluğunu ölçüblər. O insanların hər biri müxtəlif təhsil səviyyəsinə malik olub. Hesab edirlər ki, bir neçə kritik vəziyyətdə telomer hüceyrələrin bölünməsinə şərait yaratmır, nəticədə qocalma prosesi başlayır.

Belə aydınlaşıb ki, cinsdən asılı olmayaraq aşağı təhsilli insanlara nisbətən, ali təhsilli insanların telomerinin uzunluğu daha çoxdur. Belə ki, ali məktəb bitirən insanların hüceyrə və toxumaları qocalma prosesinə az meyillidir. Onların sosial və ekonomik statusları təhsil alandan sonra telomerin uzunluğuna təsir etmir. Təhsil almaq hər şeydən əvvəl intensiv mütaliə, kifayət qədər çox mövzuların oxunması ilə bağlıdır. «Nə vaxt ki, insan beyni stimullaşır, mütaliə vaxtında olduğu kimi onda yeni snabsların formalaşması müşahidə olunur”. Rusiya neyrobioloqları bildirirlər ki, beyin hər şeyi özü edir. “Bəzən isə nəyi vacib hesab edirsə bizə məlumat verir. Yəqin ki, həmin vaxt insan «mən fikirləşirəm, mən mövcudam» deyə bilməz. Bu anları biz şüur adlandırırıq».

Alimlərin fikrincə, mütaliə insan fəaliyyətində dilin ifadələrinin toplumudur: “Əgər “dil-virus” ehtimalını qəbul etsək, demək olar ki, mütaliə yalnız xəstəlik simptomudur. Amma “dil-virus”un həyatın ən yüksək əlaməti kimi öz metabolizmi və kənardan həzz alma enerjisi var. Burda virusun üstünlükləri özünü göstərir.

Şair-dilin alətidir

2009-cu ildə Kaliforniya Universitetinin alimlərinin apardıqları tədqiqata görə, sürrealist ədəbiyyat beynin təhsilə cavab verən mexanizmlərini yaxşılaşdırır. «The Guardian» qəzeti bu eksperimentin parametrlərini təbliğ edib. Belə ki, iki qrup sınaqçılara Frans Kafkanın «Kənd həkimi» hekayəsini oxumağı məsləhət görülüb. Yalnız bir qrup bu hekayəni qədim əlyazma halında oxuyub. Başqalarına isə hekayə uyğunlaşdırılmış, daha məntiqi versiyada təklif olunub. Sonra hər iki qrupa təsadüfi hərflərin seçilməsi təklif olunub. İnsanlar oxuduqları bu hekayənin daha çox hərflərini yığdıqlarını qeyd ediblər. Onlar açıq-aydın hərflərin strukturunun yerləşqdirilməsi axtarışında olublar – deyə tədqiqatın müəlliflərindən biri olan psixoloq Trevis Praulks bildirib: «İnsanlar gözlədikləri assosiasiyanın pozulduğunu görüncə, özlərini narahat hiss ediblər. Bu, şüuraltı arzunu bir növ ətraf aləmə tullamaq anlamına gəlib”.

Verilən mövzulardan - şeirlər oxucuların beyninə daha yaxşı təsir edib. Nobel mükafatı laureatı İosif Brodskiy 1987-ci ildə «İnsight» jurnalına müsahibəsində deyib ki, poeziyanı kiminsə danışdığı hansısa hadisədən və ya ifadə etdiyi ideyadan yazmırlar, ondan yazırlar ki, hansısa məlum səsləri, sözləri, kombinasiyaları eşitmək istəyirlər». Bu, böyük şairin çox dəqiq və incə müşahidələridir. Brodskiy təkrarlamağı xoşlayır: «Şair yalnız dilin alətidir». Onda nə üçün şeirlər yazırlar? Nə üçün onları oxuyurlar? «Əsas beyninin sağ yarımkürəsi sola nisbətən eşitmə qabiliyyətinə meyillidir. Poeziya kainatda yeganə obyektdir ki, beyinin hər iki yarımkürəsinə eyni zamanda cavab verir. Bu, çox maraqlıdır. Axı, poeziyanı elə bu günümüzdə də sevirlər və başa düşürlər. Hədsiz sayda insanlar ona qətiyyən laqeyd deyillər”.

Alimlərin fikrincə, poeziyanın oxucuları dil virusunun vaksininə artıq məğlub olublar.

Tərcümə etdi:
Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8846
GEL 1 1 Gürcüstan larisi 0.582
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0621
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7332
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.301