Kitab insanı xoşbəxt edirmi?
"Telegraph”
dərgisinin sosiologiya şöbəsinin elmi mətnlər üzrə redaktoru Sarah Knaptonun
başçılığı altında London İqtisadiyyat və Sosioloji Araşdırmalar Məktəbi və Susseks
Universitetinin birgə apardığı araşdırmanı izləmək üçün ayırdığı qrup səkkiz
aylıq iş prosesinin yekunlarına dair məqalə yayımlayıb. İnsanın sabit
vəziyyətindən xoşbəxtlik dağlarına qaldıran ünsürlərin sorğu, ekspertiza və
rəylər əsasında böyük diqqətlə araşdırıldığı proses maraqlı nəticələrlə
yekunlaşıb. Ən maraqlı detal isə kitabın, mütaliənin insanın özünü xoşbəxt hiss
etməsi ilə bağlı, bəlkə də, əsrlərdir davam edən mifi dağıdan göstəricilər
olub. Belə ki, kitab oxumağın insanın özünü xoşbəxt hiss etməsində heç də
təsəvvür etdiyimiz qədər böyük rolu yox imiş. Qiraət normal ruhi-emosional
statusda olan insanın xoşbəxtlik duyğusunu cəmi 1,47% artıra
bilirmiş. Bu da insan oxuduğu kitabdan həddindən artıq böyük zövq aldığı
hallarda əldə olunan rəqəmdir. Mütəxəssislərin bir qrupu kitab oxumaqdan
doğan xoşbəxtlik duyğusunun uzunmüddətli müşahidə olunmasının tərəfdarıdırlar.
Belə ki, uzun illər davam edən qiraət hansısa yüksək elmi dərəcə almaqla, yaxşı
ixtisasa qəbul ilə nəticələnəndə insanın yaşadığı xoşbəxtlik duyğusunun birbaşa
kitabla, təhsillə əlaqələndirilməli olduğu fikrini müdafiə edənlər kitabın bu
araşdırmadakı yeri ilə qətiyyən barışmır. Biz isə insanı xoşbəxt edən digər
səbəbləri xoşbəxtliyi artırma faizləri ilə birgə sizin üçün siyahılaşdırdıq:
· Münasibətlər, söhbətlər və romantika –
14,2 %
· Teatr, rəqs, konsert – 9,29 %
· Muzey, sərgi, kitabxana – 8,77 %
· İdman, yürüyüş, gimnastika – 8,12 %
· Həyətyanı sahədə işləmək, evdə kiçik
təmir işləri görmək – 7,83 %
· Mahnı oxumaq və ya nəsə nümayiş
etdirmək – 6,95 %
· Söhbət etmək, sosiallaşmaq – 6,38 %
· Heyvanlara qulluq etmək, təbiət
qoynunda vaxt keçirmək – 6,28 %
· Ovçuluq, balıqçılıq – 5,82 %
· Spirtli içki qəbulu – 5,73 %
· Hobbilərlə məşğul olmaq – 5,53 %
· Meditasiya, dini ayinlər – 4,95 %
· Uşaq saxlamaq, onlarla oynamaq – 4,1 %
· Musiqi dinləmək – 3,56 %
· Alış-veriş – 2,74 %