AZE | RUS | ENG |

Kitab insanı xoşbəxt edirmi?

Kitab insanı xoşbəxt edirmi?
"Telegraph” dərgisinin sosiologiya şöbəsinin elmi mətnlər üzrə redaktoru Sarah Knaptonun başçılığı altında London İqtisadiyyat və Sosioloji Araşdırmalar Məktəbi və Susseks Universitetinin birgə apardığı araşdırmanı izləmək üçün ayırdığı qrup səkkiz aylıq iş prosesinin yekunlarına dair məqalə yayımlayıb. İnsanın sabit vəziyyətindən xoşbəxtlik dağlarına qaldıran ünsürlərin sorğu, ekspertiza və rəylər əsasında böyük diqqətlə araşdırıldığı proses maraqlı nəticələrlə yekunlaşıb. Ən maraqlı detal isə kitabın, mütaliənin insanın özünü xoşbəxt hiss etməsi ilə bağlı, bəlkə də, əsrlərdir davam edən mifi dağıdan göstəricilər olub. Belə ki, kitab oxumağın insanın özünü xoşbəxt hiss etməsində heç də təsəvvür etdiyimiz qədər böyük rolu yox imiş. Qiraət normal ruhi-emosional statusda olan insanın xoşbəxtlik duyğusunu cəmi 1,47% artıra bilirmiş. Bu da insan oxuduğu kitabdan həddindən artıq böyük zövq aldığı hallarda əldə olunan rəqəmdir. Mütəxəssislərin bir qrupu kitab oxumaqdan doğan xoşbəxtlik duyğusunun uzunmüddətli müşahidə olunmasının tərəfdarıdırlar. Belə ki, uzun illər davam edən qiraət hansısa yüksək elmi dərəcə almaqla, yaxşı ixtisasa qəbul ilə nəticələnəndə insanın yaşadığı xoşbəxtlik duyğusunun birbaşa kitabla, təhsillə əlaqələndirilməli olduğu fikrini müdafiə edənlər kitabın bu araşdırmadakı yeri ilə qətiyyən barışmır. Biz isə insanı xoşbəxt edən digər səbəbləri xoşbəxtliyi artırma faizləri ilə birgə sizin üçün siyahılaşdırdıq:

·  Münasibətlər, söhbətlər və romantika – 14,2 %
·  Teatr, rəqs, konsert – 9,29 %
·  Muzey, sərgi, kitabxana – 8,77 %
·  İdman, yürüyüş, gimnastika – 8,12 %
·  Həyətyanı sahədə işləmək, evdə kiçik təmir işləri görmək – 7,83 %
·  Mahnı oxumaq və ya nəsə nümayiş etdirmək – 6,95 %
·  Söhbət etmək, sosiallaşmaq – 6,38 %
·  Heyvanlara qulluq etmək, təbiət qoynunda vaxt keçirmək – 6,28 %
·  Ovçuluq, balıqçılıq – 5,82 %
·  Spirtli içki qəbulu – 5,73 %
·  Hobbilərlə məşğul olmaq – 5,53 %
·  Meditasiya, dini ayinlər – 4,95 %
·  Uşaq saxlamaq, onlarla oynamaq – 4,1 %
·  Musiqi dinləmək – 3,56 %
·  Alış-veriş – 2,74 %


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9326
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1384
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7192
KWD 1 1 Küveyt dinarı 5.5886
TRY 1 1 Türkiyə lirəsi 0.3191