• cümə, 26 Aprel, 20:00
  • Baku Bakı 22°C

Kişinyovda iğtişaşlar zamanı 14 polis əməkdaşı xəsarət alıb

24.04.16 22:15 1056
Kişinyovda iğtişaşlar zamanı 14 polis əməkdaşı xəsarət alıb
Moldovanın paytaxtı Kişinyov şəhərində baş vermiş iğtişaşlar zamanı 14 polis əməkdaşı xəsarət alıb. "Report" xəbər verir ki, onlardan bir neçəsi ağır bədən xəsarəti alıb. Yaralı polis əməkdaşları Moldova Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.
Qeyd edək ki, iğtişaş etiraz aksiyası keçirən bir qrup şəxsin iqtidarda olan Demokrat Partiyasının sədr müavini Vladimir Plaxotnykun evinin qarşısına yığışmağa cəhd göstərdiyi zaman yaranıb. Etitrazçılar partiyanın sədr müavininin cinayət məsuliyyətinə cəlb edilməsini və növbədənkənar seçkinin keçirilməsini tələb edirlər.
banner

Oxşar Xəbərlər