• cümə axşamı, 25 aprel, 03:20
  • Baku Bakı 19°C

Kişineuda klassik Azərbaycan musiqisi konserti keçirilib

29.05.16 14:16 1285
Kişineuda klassik Azərbaycan musiqisi konserti keçirilib
Azərbaycanın Moldovadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Respublika Gününə həsr olunan tədbirlər çərçivəsində Kişineudakı Sergey Lunkeviç adına Milli Filarmoniyada klassik Azərbaycan musiqisi konserti təşkil olunub.
Azərbaycanın tanınmış dirijoru, Xalq Atisti Yalçın Adıgözəlov, habelə Moldova Simfonik Orkestri və onun solisti Tatiana Kostyukun konsertdə iştirakı əlamətdar hadisəyə çevrilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev əslən Qarabağdan olan məşhur Azərbaycan musiqiçi sülalələrindən danışıb.
Konsertdə görkəmli Azərbaycan və Moldova bəstəkarlarının, o cümlədən Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Asəf Zeynallının əsərləri, eləcə də Eucen Doqanın valsı səsləndirilib.
Tədbirdə Moldova Respublikasının rəsmi şəxsləri, parlamentin deputatları, Moldovanın sabiq prezidenti Petru Luçinski, Moldova Xarici İşlər Nazirliyinin nümayəndələri, Kişineuda akkreditə olunan diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndəliklərinin təmsilçiləri, Moldovanın elm və incəsənət xadimləri, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov, iş adamları, Moldova və xarici KİV-lərin təmsilçiləri iştirak ediblər.
Konsert Moldova radiosunda yayımlanıb.
banner

Oxşar Xəbərlər