• cümə, 29 Mart, 09:53
  • Baku Bakı 5°C

“Kişi yetişdirməliyik“

19.11.14 16:00 866
“Kişi yetişdirməliyik“
“Sabah İŞİD gələndə biz bəstəkar axtarmayacağıq. Onun qabağına çıxan insan lazımdır. Biz bu gündən onları yetişdirməliyik”. Qafqazinfo.az-ın məlumatına görə, bu sözləri millət vəkili Siyavuş Novruzov parlamentdə büdcə müzakirələri zamanı deyib.
O bildirib ki, müəllimlərin tək əməkhaqqının artırılması ilə məsələ həll olmur: “23 ildir ki, eşidirik ki, islahat gedir. Biri Boloniya, biri kurrikulum gətirir. Deyirlər belə, amma ortada bir şey yoxdur. İldən-ilə təhsil alanların da, ali məktəbə qəbul olanların da, balların da faizi aşağı düşür. Ümumilikdə isə, ortaya bir şey gəlib çıxmır. Azərbaycanda əhalini sayını götürdükdə müəllimin sayı üç dəfə artıqdır. Burada islahat aparılmalıdır və müəllimə yaxşı əməkhaqqı vermək lazımdır ki, yaxşı işləsin və fayda versin. Ola bilər ki, biz alim, professor, bəstəkar yetişdiririk. Amma bu gün Oqtay müəllim, sizdən xahiş edirəm ki, bir gedin orta məktəbin qarşısına, Azərbaycan uşaqları məktəbdən çıxanda onlara baxın. Bu gün təhsil alan Azərbaycan oğlanlarından 20 faizdən artığı ordunun tələblərinə cavab vermir. Məktəblərdə hərbi dərslər də, idman dərsləri bərpa olunmalıdır. Hazırlıq olmalıdır, imtahan verməlidir. Biz kişi yetişdiririk. Lap olsun onlardan beşi Nobel mükafatçısı, bəstəkar. Amma bizə əsgər də lazımdır. Sabah İŞİD gələndə biz bəstəkar axtarmayacağıq. Onun qabağına çıxan insan lazımdır. Biz bu gündən onları yetişdirməliyik. Heç olmasa silahın növünü bilməlidirlər. Heç olmasa, öz ailəsini düşməndən qorusun. Bir dəfə xarici qonaq mənə dedi ki, sizdə kitab buraxmırlar, soyuq silah buraxırlar. Elə qalın üzlü kitab yazırlar ki, kimin başına vursan, yəqin ki çoxdan dünyasını dəyişmişdi. İçərisində də bir şey yoxdur. Ona görə də bu uşaqlara insanların yazığı gəlsin”.
banner

Oxşar Xəbərlər