• cümə axşamı, 25 aprel, 13:35
  • Baku Bakı 23°C

Kişi sükan arxasında öldü, zəncirvari qəza yarandı

13.09.13 13:41 1109
Kişi sükan arxasında öldü, zəncirvari qəza yarandı
Bakıdakı “ABU-Arena”nın qarşısında faciəvi yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin Lent.az-a verdikləri məlumata görə, “Mercedes” markalı avtomobilin şəxsiyyəti hələlik məlum olmayan sürücüsünün sükan arxasında ürəyi tutub.
Nəticədə o, yerindəcə keçinib. 40-50 yaşlarında sürücünün avtomobili isə idarəetmədən çıxaraq, qarşısındakı 99 VD 579 nömrə nişanlı “Hyuindai Azero”ya dəyib. Bu zaman arxadan gələn 10 AB 221 nömrə nişanlı “Range Rover” arxadan hər iki avtomobili vurub və onlar yolun kənarında dayanan digər “Hyuindai Azero”ya dəyiblər. Bütün avtomobillər ciddi xəsarət alıb.
banner

Oxşar Xəbərlər