• cümə axşamı, 25 aprel, 21:15
  • Baku Bakı 21°C

Kipr məsələsi üzrə beynəlxalq konfrans yanvarın 18-də davam etdiriləcək

13.01.17 09:45 953
Kipr məsələsi üzrə beynəlxalq konfrans yanvarın 18-də davam etdiriləcək
Kipr məsələsi üzrə beynəlxalq konfrans yanvarın 18-də müavinlər səviyyəsində keçiriləcək işçi qrupunun iclasından sonra davam etdiriləcək.
APA-nın xəbərinə görə, bu barədəBMT-nin Cenevrə bölməsinin mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə,BMTbaş katibinin Kipr üzrə xüsusi elçisi Espen Bart Eyde yanvarın 13-də saat 10.30-da (Bakı vaxtı ilə 13.30-da) Cenevrədə yanvarın 12-də keçirilmiş görüşlə bağlı mətbuat konfransı keçirəcək.
BMT-nin ötən axşam yaydığı rəsmi bəyanatına əsasən, Kipr danışıqlarının iştirakçıları diskussiyaların davam etdirilməsinə dair razılığa gəliblər. Belə ki, yanvarın 18-də müavinlər səviyyəsində işçi qrupunun iclası keçiriləcək. İclasda müzakirəyə çıxarılacaq konkret məsələlər müəyyən ediləcək. Bundan sonra konfrans işini davam etdirəcək. Paralel olaraq türk və yunan icmaları arasında da danışıqlar davam etdiriləcək.
banner

Oxşar Xəbərlər