• cümə axşamı, 25 aprel, 14:32
  • Baku Bakı 23°C

Kinoteatrlar 30 illik qadağadan sonra fəaliyyətə başlayıb

02.03.18 09:20 604
Kinoteatrlar 30 illik qadağadan sonra fəaliyyətə başlayıb
Səudiyyə Ərəbistanının Mədəniyyət və İnformasiya Nazirliyi 30 illik qadağadan sonra martın 1-dən etibarən kinoteatrlara fəaliyyətin bərpası üçün lisenziyalar verməyə başlayıb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında kinoteatrların fəaliyyətinə qadağa 1980-ci illərin əvvəlindən qoyulub. Ölkə vətəndaşları kinoya baxmaq üçün əsasən Bəhreynə üz tuturdular.
Məlumata görə, ölkədə 2030-cu ilədək 300-dən çox kinoteatr şəbəkəsinin fəaliyyət göstərəcəyi planlaşdırılıb. Filmlərin ciddi senzuradan keçiriləcəyi gözlənilir.
banner

Oxşar Xəbərlər