• cümə, 29 Mart, 02:34
  • Baku Bakı 7°C

Kinoşünas: “Azərbaycan filmlərində və seriallarında boşluqların sayı “N” qədərdir”

08.03.19 14:45 908
Kinoşünas: “Azərbaycan filmlərində və seriallarında boşluqların sayı “N” qədərdir”
"Prezidentİlham Əliyevin mədəniyyətə dövlət qayğısının daha da artırılması, kino sənəti ənənələrinin yaşadılması və"Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”sərəncamı kino sahəsində boşluqların doldurulmasına səbəb olacaq”.
Bunu "Report”a açıqlamasında Azərbaycanın əməkdar incəsənət xadimi, əməkdar mədəniyyət işçisi, kinoşünasAydın Kazımzadədeyib.
Onun sözlərinə görə, Azərbaycanda kino sahəsində bir sıra boşluqlar mövcud olsa da, filmlərdə oynayan aktyorlar arasında elə də fərq yoxdur: "30-40 il bundan əvvəlki kino ilə müasir kino sənətini müqayisə etmək olmaz. Çünki o zaman başqa bir dövlət idi, bu gün müstəqil dövlətik. SSRİ vaxtında xüsusi plan əsasında hər il film sahəsində öz siyasətlərinin yürüdülməsi üçün vəsait ayrılırdı. Əvvəlki aktyorlarla indiki aktyorlar arasında ciddi fərq görmürəm”.
A.Kazımzadə hesab edir ki, ölkə başçısınınkinematoqrafiyasının inkişafı ilə bağlısərəncamı son dərəcə qiymətli sənəddir: "Konkret olaraq film istehsalı inkişaf etdiriləcək. Biz bu gün bununla bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin geniş tərkibdə keçirilən iclasında iştirak etdik. Ümumiyyətlə, Azərbaycan kinosu ilə bağlı çox məsələlər var ki, hamısı Prezidentə təqdim olunan təkliflər siyahısında öz əksini tapacaq. Dövlət başçısının mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirilən görüşündə verilən təkliflərin bəziləri reallaşıb. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının inzibati binası yoxdur. Bununla bağlı artıq məsələ qaldırılıb. Artıq dövlət başçısının sərəncamından sonra bu problem də aradan qaldırılmaqdadır. Bundan əlavə, kinostudiyanın təmir olunması da ən ümdə məsələlərdəndir. Ümumiyyətlə, dövlət başçısı mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirməsi sevindirici haldır. Ümid edirəm ki, Prezidentlə mədəniyyət və incəsənət xadimlərinin görüşü bundan sonra da davam etdiriləcək”.
Kinoşünas qeyd edib ki, kino sahəsinin inkişaf etməməsinin səbəblərindən biri də peşəkar ssenaristin olmamasıdır: "Bu gün Azərbaycan filmlərində və seriallarında boşluqların sayı "N” qədərdir. Bu da o deməkdir ki, filmin və serialın ərsəyə gəlməsində iştirak edənlər hələ ki, bu sahəni öyrənirlər. Ümumiyyətlə, təqdim olunan film və serialların ssenarisi və mövzusu yoxdur. Təqdim olunan mövzu o qədər bəsitdir ki, yalan-palandan ibarətdir. Bu da ölkədə peşəkar ssenaristin olmadığı anlamına gəlir. "Üç badam bir qoz” kimi filmlərlə cəmiyyətin zövqünü korlayıblar. Vay o tamaşaçının halına ki, həmin filmlərə baxmaq üçün biletə pul verir”.
Qeyd edək ki,Prezident İlham Əliyev mədəniyyətə dövlət qayğısının daha da artırılması, kino sənəti ənənələrinin yaşadılması və film istehsalı sahəsinin modernləşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət Nazirliyinə "Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası” layihəsini üç ay müddətində hazırlamaq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla tapşırılıb. Sərəncama əsasən, dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat ayrılıb.
banner

Oxşar Xəbərlər