AZE | RUS | ENG |

Kinonu siyasətə dəyişən aktrisa - Fotolar

Kinonu siyasətə dəyişən aktrisa - Fotolar
Yelena Drapeko: “Görəndə ki, insanlar ədalətə və müdafiəyə möhtacdır, onda siyasətlə məşğul olmağa başladım”

Onu, kinoda ilk rolu "ulduza” çevirib. İndi bütün mümkün mükafatlara sahib olan və dünyanı gəzən aktrisanın bir müsahibəsi və ya yaradıcı iclası belə, film haqqında sorğusuz keçmir. Yubileyini qeyd edən Rusiya Dumasının deputatı, ictimai-siyasi xadim Yelena Drapeko haqqında "O həyatında oynadığı bütün rolları mükəmməl şəkildə ifa edir - aktrisa, siyasətçi və qanun keşikçisidir” deyirlər. Aktrisa 60-dan çox filmə çəkilməsinə baxmayaraq, hazırda daha çox siyasətçi kimi tanınır. Aktrisa -siyasətçi ilə müsahibəni təqdim edirik.
 
 
 
- «Burada üfüqlər sakitdir» filmindəki Liza Briçkina rolu vaxtilə sizə böyük şöhrət gətirib.
- Hə, bu tarixi danışmaq üçün bir qədər keçmişə dönməliyəm. Anam məktəbdə tarix və ədəbiyyatdan dərs deyirdi. Mən möminlər ailəsindən olduğuma görə, qaydalara ciddi riayət edərdim. Mənə bir neçə dəfə valideynlərimlə birgə müxtəlif yerlərə köçmək nəsib olub. Əvvəlcə Ufaya, sonra Petropavlovska, məktəbi bitirməyə yaxın isə Puşkinə köçdük. Mən kinonu seçəndə valideynlərim təəccüblənsə də, etiraz etmədilər. Əziyyət çəkmədən Leninqrad Teatr İnstitutuna daxil oldum. Musiqi və kinematoqrafiya fakültəsini bitirdikdən sonra «Lenfilm»də çalışmağa başladım. 1972-ci ildə Boris Vasilyevin povesti əsasında çəkilən «Burda üfüqlər sakitdir…» hərbi dramına təsadüfən dəvət aldım. İlk oynadığım Liza Briçkina rolu məni xeyli məşhurlaşdırdı. Hətta deyərdim ki, ulduza çevirdi. Baxmayaraq ki, Liza Briçkinadan sonra milyonlarla tamaşaçı tərəfindən sevilən digər rollarım da oldu: "Atasızlıq" melodramasında Olga Muromtseva, "Əbədi çağırış" teleserialında Vera İnyutina, "Xorda oxuyan qadın" komediyasında Paşa və bir çox rolları oynadım. Daha sonra ildə 3-4 filmə çəkilməyə başladım. «Damğalı atom», «Halay», «Əbədi çağırış», «Xüsusi gənc», və «Köhnə dostlar». Düzdür, bunlar çox da böyük olmayan epizodik rollardır. 1976-cı ildə isə baş rollara çəkilmək vaxtı gəlib çatdı. "Atasızlıq» filmində Olqa Muromseva roluna çəkildim. Əfsus ki, bir çox rejissorlar mənim istedadımın dərinliyini və ölçüsünü nəzərə almağı bacarmadı. Tez-tez, mənə Liza Briçkina və Olga Muromtseva kimi "xalq simvolları" oynamaq təklifi olunurdu. 90-cı illər kinematoqrafiya üçün əsl sınaq illəri idi. Arabir, filmlərə dəvət alırdım. Ancaq kinonu siyasətə dəyişdim. Hərdən filmlərdə çəkilməyimə baxmayaraq,  fəaliyyət sahəmi siyasətə dəyişdim. Belə deyim, görəndə ki, insanlar ədalətə və müdafiəyə möhtacdır, onda siyasətlə məşğul olmağa başladım. Əvvəlcə ictimai xadim, sonra isə peşəkar kimi.
 
 
 
- Siz təzə çəkilmiş «Üfüqlər»ə baxıbsınız. Təəssüratlarınız maraqlıdır?
- Mən premyeraya gənc rejissor Renat Davletyarovu ruhlandırmaq üçün getmişdim. O, elə həyəcanlı idi ki… Köhnə filmdəki həmkarlarımın heç biri gəlməmişdi. Onlar belə hesab edirdilər ki, hələ bizim filmimiz sağdır və insanlar ona baxırlar, təzə film çəkmək lazım deyildi.  Mən isə düşünürəm ki, film ecazkardır, amma bu o demək deyil ki, özünü sınamaq lazım deyil. Və mən gənc komandaya çox minnətdaram ki, 40 ildən çox keçməsinə baxmayaraq, hərbi filmlərə müraciət edirlər. Axı, onlar filmi pis çəkməmişdilər. Gənclik ona baxır. Hamıya yenilik lazımdır.  
 
 

- Deməli, film sizin xoşunuza gəlib.
- Renat öz işinə çox diqqətlə yanaşır. Başqa məsələdir ki, onlar bu mövzudan uzaqdırlar. Müharibədən sonrakı nəsilik və ona görə də, bizim qanımızda müharibənin xatirələri var. Onlar isə elə nəslə aiddirlər ki, Böyük Vətən Müharibəsi onların gözündə 1812-ci ilin müharibəsindən fərqlənmir. Amma almanlar şən turistlərdir. Ona görə də, bizim yaşadığımız tarixi yəqin ki, yaşaya bilməzlər. Bu barədə onlardan nə soruşasan… İndiki nəslin fikirləri də fərqlidir. Mənim qızım radioda redaktor işləyir. Bir dəfə onun verilişinə qulaq asdım və dedim: «Qızım, sizin aparıcılarınızın söylədiyini başa düşmək çətindir. Bu nə sayıqlamalardır?» Qızım cavab verdi ki, mənim radiostansiyam xoşuna gəlmirsə, qulaq asmaya bilərsən, sən mənim auditoriyamdan deyilsən.
 
 

- Sizinlə görüşəndə hər dəfə enerjinizi, optimizminizi hiss edirəm. "Necə də güclü qadındır” deyə fərəhlənirəm. Bu enerjiniz haradan qaynaqlanır?
- Mən heç də güclü qadın deyiləm, hər kəs kimiyəm. Həmişə özümü tənbeh edirəm ki, çox tənbələm.  Mən də uzanmaq, oturmaq istəyirəm. Amma mən hərbçi qızıyam. Oyanmaq, qalxmaq və getmək lazımdır! Hərdən istəmirəm, hərdən bacarmıram. Mən hələ aktrisalığı oxuyanda bizim gözəl professorumuz Makarev deyirdi: «Hər şeyi səhnənin kandarında qoymaq lazımdır. Sənin şəxsi nigarançılığın gərəkli deyil. İncəsənət göstərmək lazımdır, o incəsənəti ki, sənə, ora daxil olmağa icazə veriblər. Bəli, həyat mənə o qədər də asan başa gəlməyib. Möhkəmlənmişəm. Qızımı tək tərbiyə etmişəm. Yanımda xəstə anam var idi. Üç işdə işləyir və eyni zamanda da təhsilimi davam etdirirdim. Məni dövlət xidmətində işdən çıxaranda kinematoqraf praktiki olaraq öz işini dayandırmışdı və qastronomda döşəməni silməyə də razı idim, təki ailəmi dolandıra bilim. Ancaq mənə universitetdə kurs işi yazmağı təklif etdilər. 3 ay kitabxanada oturub kurs  işini yazdım, professor oldum, 7 il kommunikativ mədəniyyəti – ritorikadan, metodikadan, danışıqların aparılmasından, tarix və nəzəriyyələrdən, müharibə məlumatlarından və s. ibarət işlər yazdım.
 
 

- Bəli, sizin həyat yolunuz həyəcanvericidir... 
- Qalib gəlmək insanın xarakter və vərdişindən asılıdır. Mənim gözəl nənəm Qlikeriya Fyodorovna deyirdi ki, əsl qadın toxumağı və gil düzəltməyi bacarmalıdır.     
 
 
 
- Siz siyasətə gəlməyinizdən peşman deyilsiniz?
- Həmişə bu haqda təəssüf hissi keçirirəm. Əgər kimsə bu ağırlığı çiyninə alıb daşımağa razı olsaydı, böyük məmnuniyyətlə öz yerimi ona verərdim. Mənim unikal həyat təcrübəm var. Aktrisayam və incəsənəti içdən bilirəm. Sankt-Peterburqda Mədəniyyət və Turizm Nazirliyinin sədri olmuşam. 10 il incəsənət üzrə Mərkəzi Komitənin Həmkarlar İttifaqının üzvü kimi çalışmışam. İdarəetməni orada öyrənmişəm. Başqa sahələrdə olduğu kimi, incəsənətdə də ağıllı insanlar az deyil. Sadəcə, az adam hökumət maşınının necə qurulduğunu bilir… - Ancaq siyasət çox çətin və zəhmətə dəyməyən işdir. - Bəli, bizdə hər kəs kresloda oturmaq istəyir. Amma bununla belə, 24 saat oturmağa baxmayaraq, istəmirlər ki, özlərini qayğılarla yükləsinlər. 30 qanundan çox oxumaq, onu işləmək və hər birinə işçi qrup təyin edərək, nəzarət etmək, liberalların heç nə etmədiyini görərək, hərəkətsiz qala bilmirəm. 1999-cu ildə üçüncü çağırış Dövlət Dumasının deputat mandatını aldım. Bundan sonra dörd dəfə yenidən seçildim. 2016-cı ildə parlamentin "Ədalətli Rusiya" fraksiyasından deputat seçilmişəm. Bütün bu illər ərzində 30-dan çox qanunvericilik layihəsinin təşəbbüskarı kimi çıxış etmişəm. Müəlliflər arasında Dövlət Dumasının Mədəniyyət Komitəsinin sədr müavini kimi çalışıram. Kino şöbəsində olan həmkarım və parlament üzvü Vladimir Bortko «Parlament» qəzetinə "Elena Drapeko olmadan Mədəniyyət Komitəsi olmayacaqdır” bildirib. Bu qiymət mənim üçün çox dəyərlidir. 
 
 
 
- Siz bir dəfə Əfqanıstanda əsgərlər qarşısında konsert veribsiniz. Ora getmək qorxulu deyildi?
- Əlbəttə qorxulu idi. Belə bir hadisə baş verdi. Düzdür, indi xatırlayanda gülürəm, amma o vaxt… Biz Əfqanıstana gəldik. Amma bizə hələ forma verməmişdilər. Mülki geyimdə idik. Əynimdə önü ağ, arxası qırmızı rəngli bir kofta, qırmızı yubka var idi. Mənim həmkarım Jenya Qladışev dedi ki, gəl, qülləyə qalxaq. Yuxarıya qalxdıq. Orada əsgər dayanmışdı. Biz ondan durbinini istədik. O dedi ki, qarşı tərəfdəkilər snayperlərdir. Siz isə qırmızı geyinibsiniz. Asanlıqla onların hədəfinə çevrilə bilərsiniz. Mən oradan düşəndə artıq ayaqlarım titrəyirdi. Əlbəttə ki, qorxulu hal idi…
 
 

- Siz bu səfərlərdən imtina edə bilərdiniz?
- Əlbəttə, ora ancaq könüllülər gedirdi. Biz o qədər də çox pul almırdıq ki, özümüzü qurban verək. Ancaq havayı getməyi çoxları arzulayırdı. Biz uşaqlarımızı ruhlandırmaq istəyirdik. Normal həyata qayıtmaq üçün insanlara ya gülmək, ya da ağlamaq lazımdır. Ona görə də, konsertdə göstərdiyimiz nömrələr ya vətən, ya ana, ya sevgi haqda, ya da yumoristik olurdu. O zamanlar əfqan müharibəsi ilə bağlı Sovet İttifaqının öz siyasəti vardı. Beynəlxalq film festivallarında bizə əl uzatmadılar, əyri baxırdılar. Beynəlxalq ittihamlar, məzəmmətlər vardı - indiki sanksiyalar kimi. Mənə, Əfqanıstanda baş verənləri gözümlə görmək lazım idi. İkincisi, biz artistlərik, xalqdan biriyik. İnsanlar bizə inanırlar. Bizim sözümüz xalq üçün vacib idi. Bu baxımdan, belə bir cəbhədə olmağın əhəmiyyəti də, riski də böyük idi. Mən bu gün də təmsil etdiyim platforma haqqında eyni fikirdəyəm: insanlar sənə inanırlarsa, onların inamını qırmaq olmaz. 
 
Rusiya mətbuatından çevirdi
Təranə Məhərrəmova
 

 
 
 


   
   


      
 
 
 
   
   


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157