• çərşənbə axşamı, 23 aprel, 22:24
  • Baku Bakı 20°C

Kinomanlar üçün yeni oyun

08.01.14 14:30 1487
Kinomanlar üçün yeni oyun
Ötən ilin sonunda Park Cinema kinoteatrlar şəbəkəsi növbəti yeniliyi və kinomanlara yeni il hədiyyəsi olan Movie Star mobil əlavəsini təqdim etdi.
Movie Star əlavəsini artıq bütün İOS və Android cihazlarına Apple Store və Google Play-dan yükləmək mümkündür. Arzu edənlər ödənişsiz əlavəni yükləyə, oynaya, kadrlardan filmlərin adını tapa və Park Cinema-dan prizlər qazana bilər.
Xüsusilə qeyd edək ki, oyunu Facebook akkauntu ilə sinxronlaşdırıb eləcə də kompüterdə oynamaq olar. Movie Star oyununu həmçinin parkcinema.az saytında oynamaq mümkün olacaq. Oyunun ilk həftəsinin istifadəçılərinin sayı 1000 nəfərdən artıq olub.
Park Cinema şəbəkəsinin müdiri Namiq Quliyevin qiymətləndirməsinə görə, Movie Star mobil əlavəsi kinomanlar üçün 2013-cü ilin əsas məhsulu oldu. Ölkədaxilində və xaricdə oyuna qoşulan istifadəçilərin sayı hər dəqiqə artır. Həftəlik mükafatların ən əsası VİP zalda premyera filmlərinə bilet olacaq. Kinoman üçün daha gözəl hədiyyə ola bilməz!”
N.Quliyev xatırladır ki, Park Cinema indiyədək ölkədə kinobiznes sahəsinin inkişafı uğrunda müxtəlif əhəmiyyətli addımlar atıb. Bunlar sırasında yeni kinoteatrların açılması, repertuarın genişləndirilməsi, rahat cədvəlin tərtib edilməsi, Park Cinema Metro Park-da bilet qiymətlərinin endirilməsi, avadanlıqların yeniləndirilməsinə sərmayələrin qoyulması və digərlərini göstərmək olar.
Oyun Azərbaycan və rus dilində təqdim olunub. Həftə ərzində ən çox xal toplayan üç iştirakçı qalib olub kinoteatrlar şəbəkəsindən mükafatlar qazanır. Yeni ilin ilk üç qalibi artıq müəyyənləşib və hədiyyələrini alacaq.
Daima yenilənən sual bazasına müxtəlif illərin və ölkələrin filmləri daxildir. Ona görə əsas hədiyyəni qazanmaq o qədər də asan iş deyil.
banner

Oxşar Xəbərlər