AZE | RUS | ENG |

Kin-küdurət və qisasdan qida alan ambisiyalar

Kin-küdurət və qisasdan qida alan ambisiyalar
Aydın Quliyev: “AXCP sədri olan-qalan tərəfdarlarını yanında saxlamaq üçün miskin çabalara baş vurur”

"AXCP sədri Əli bəyi getdikcə dərinləşən təlaş və narahatlıq içində görürəm. Cəmiyyətdə hər kəsin öz işində və qayğısında olduğu vəziyyəti inqilab ərəfəsi adlandırır, xalqın bu gün-sabah qalxaraq hər şeyi taran edəcəyini iddia edir, xəyalən bir neçə milyon insanı küçə və meydanlarda, özünü isə bu gücün real sahibi olan qeyri-rəsmi prezident postundakı kimi göstərməyə çalışır”.

Bu barədə siyasi şərhçi Aydın Quliyev "Facebook” səhifəsində yazıb. 

O qeyd edib ki, öz yazdıqlarına və dediklərinə, getdiyi yolun birmənalı sonluğuna tərəddüdsüz inanan partiya rəhbəri əslində tam fərqli ampluada olmalı olduğu halda, Əli Kərimli aqressivləşir, soyuq və real mühakiməni itirir, olanlarla arzu edilənlər arasındakı fərqi, tərəfdarlarının taleyi üçün məsuliyyət hissini itirir. A.Quliyevin qənaətində, AXCP sədrinin indiki emosional-siyasi durumunu müəyyən edən çox ciddi səbəblər var. Onun yazdığına görə, bu səbəblər indiki vəziyətlə və tarixlə bağlı olduğu üçün konyuktur-tarixi səciyyə daşıyır.
 


Əbülfəz Elçibəyin əleyhinə gizli fəaliyyətlər

Siyasi şərhçi AXCP sədrinin narahatlığının və tövşüməsinin səbəblərini qeyd edib: "Sözsüz ki, səbəblər 1993-cü ildə hakimiyyətin itirilməsindən bu günə qədərki 26 illik dövrdən kənarda deyil. Əli bəy bu 26 ildə siyasət meydanında nələr itirdiyini düşündükcə havalanır, üstəlik uğur sayılacaq nəyinsə olmaması onun təlaşını daha da artırır. Daha konkret yanaşaq. Əli bəy nələri itirdi və hara gəlib çıxdı? Əvvala, rəhmətlik Əbülfəz bəydən xalq cəbhəsinin vahid liderliyinə xeyir-dua ala bilmədiyi üçün təşkilat bir neçə yerə parçalandı və Əli bəyin hətta bir partiyanın birliyini qoruya bilməyəcək qədər bacarıqsız rəhbər imicinin ilk əsasları yarandı. Hələ sağlığında Elçibəyin əleyhinə bəzi gizli fəaliyyətlər içində olmasına dair söz-söhbətlər onun öz təşkilat liderinə xəyanət edən şəxs imicinin də yaranmasına səbəb oldu. Ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq Heydər Əliyevin yaşlı olması üzərində qurduğu planlar puç oldu. Əli bəy o zaman ağ köynək və qara qalstuk vurmağı bacaran nisbətən ən səliqəli müxalifət lideri kimi hakimiyyətin həndəvərində dolaşdı, bir neçə çağırış deputat mandatları aldı, halbuki deputatlığa ondan çox layiqli müxalifət rəhbərləri var idi, məhz hakimiyyətin dəstəyi ilə mandata sahibləndiyini xalqdan gizlədə bildiyini xəyal etdi. Planları bu idi ki, Heydər Əliyevin fiziki sonluğu yetişən kimi hakimiyyətin ən loyal müxalifəti olaraq prezidentliyə hamıdan dəstək alsın”.
 
 

Qərb dövlətlərinə bəslənən çoxillik ümidlərin puç olması

A.Quliyev yazıb ki, Prezident İlham Əliyev 2003-cü ildə AXCP sədri Əli Kərimlinin bu çoxillik xəyallarını tar-mar edib: "Fikir verirsinizsə, bəyin radikallaşması məhz bu tarixdən başlayır. Dördüncü, İlham Əliyevin hakimiyyətinin cəmi bir neçə il davam edəcəyinə bəslədiyi ümidlər də alt-üst oldu. Bu illər ərzində digər müxalifət rəhbərlərini seçkidən seçkiyə qabağa verərək sonda hamını sıradan çıxarmaq, ortada tək şanslı lider kimi qalmaq planı daha rüsvayçı formada pozuldu. Bu gün Əli bəyin arşını ilə sıradan çıxmış hesab olunan bəzi liderlər ondan daha çox hörmət-izzət sahibi olaraq qala biliblər. Qərb dövlətlərinin siyasi dəstəyinə bəslənən çoxillik ümidlərin puç olmaq əlamətləri çılpaqlığı ilə ortadadı. Hakimiyyətin son illərdəki sosial müdafiə tədbirlırinin effektini öldürmək çabaları nəticə vermədi. İnsanlar sadə bir əks-üsul tapdılar. Əli bəyin rəngarəng feysbuk statuslarını tərəzinin bir gözünə, aldığı maaş və pensiyaların artımını o biri gözünə qoydular, real işin və sözçülüyün fırqinə vardılar. Nə qədər artım və böyümə görüntüsü yaratmağa çalışsa da, AXCP-nin sıraları get-gedə boşalır, samballı ziyalılar ordusu ona ümumiyyətlə yaxın getmir, perspektivin olmaması qəti həqiqət kimi özünü təsdiqləyir, bu durumda Əli bəy heç olmasa olan-qalan tərəfdarlarını yanında saxlamaq üçün miskin çabalara baş vurmaq halına gəlir".
 


Radikal trollar dəstəsi deyilən yalançı virtual qüvvə

Siyasi şərhçi diqqətə çatdırıb ki, AXCP sədri Ə.Kərimlinin Azərbaycandakı vəziyyəti Misirdə, Suriyada, Liviyadakı hadisələrlə müqayisə edərək, xalqı xoflandırmaq və hakimiyyətə qarşı ən radikal çıxışlara yönəltmək taktikasının heç əvvəldən də uğur qazanacağı gözlənilmirdi: "Cəmiyyət Azərbaycanın heç bir olkəyə tay olmadığını ona göstərdi. Azərbaycan elə Azərbaycandı. Əli Kərimli hakimiyyətin sosial tədbirlərinin bir-iki xırda mitinqin yaratdığı qorxunun nəticəsi olduğuna kütləvi inam yarada bilmədi. Əksinə, insanlar daha ayıq düşüncə mövqeyinə gəldilər ki, sosial işlər yalnız ölkənin artan iqtisadi inkişafı ilə bağlıdlr,vəssalam. Əli bəy bütün gücünü sosial şəbəkə imkanlarına yönəltməklə bir "Facebook” inqilabı gözlədiyi halda cəmiyyətin heç bir təsirli hissəsini sosial şəbəkə radikallığına cəlb edə bilmədi, sonda yalnız "Facebook”da radikal trollar dəstəsi deyilən yalançı virtual qüvvə "qazandı”.
 
 

Cəmiyyəti radikal ovqata kökləmək niyyətləri

A.Quliyev yazıb ki, Ə.Kərimlinin milyon dollarlıq saat, bir deputatın ərköyün uşaqlarının nadan davranışı kimi konkret məsələləri ümumiləşdirərək xalqı kütləvi etirazlara sürükləyən faktlara çevirmək taktikaları baş tutmayıb: "Onun ard-arda açılan internet televiziyalar üzərindən cəmiyyətimizi radikal ovqatda kökləmək niyyətləri də boşa çıxdı. Cəmiyyətin diqqətini bir-iki cəbhəçinin xuliqanlıq ittihamı ilə sorğu -suala çəkilməsinə və Tofiq Yaqublunun prokurorluğa çağırılmasına cəlb edə bilmədi. Heç cəmiyyətin bunlardan xəbəri də olmadı. Siyahını hələlik burda dayandırıram. Bu yazdıqlarım həftə ərzində sizlərə təqdim edəcəyim yeni təhlillərin sadəcə tezisləri idi. Azərbaycanda sosial inqilab təhlükəsi, bunun ərəfəsi deyilən bir şey yoxdu. Əli bəyin qaynayıb qıcqıran hikkə və ambisiyaları var. Bir də BİZ varıq - bu ölkəni Əli bəyin və onun kimilərin kin-küdurət və qisasdan qida alan ambisiyalarının öhdəsinə buraxa bilmərik...”.

Alpər TURAN


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967