• şənbə, 20 Aprel, 12:25
  • Baku Bakı 23°C

Kimyəvi zavod partladı, Almaniya şokda

10.09.14 10:18 1109
Kimyəvi zavod partladı, Almaniya şokda
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Partlayış nəticəsində zavod binasının uçduğu bildirilir. Məlumata görə, partlayış baş verən an şirkət əməkdaşlarından ərazidə heç kim olmayıb.
Nəşr qeyd edir ki, partlayış nəticəsində yaxınlıqdakı binalara ziyan dəyib. Şəhər sakinlərinə evlərini tərk etməməyə və qapı-pəncərələri bağlamağa tövsiyə olunub.
Hadisə yerində 300-dək yanğınsöndürən və 60 polis əməkdaşının çalışdığı bildirilir.
İnsident nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur. Partlayışın səbəbləri də hələlik məlum deyil. Partlayışdan əvvəl zavodda həyəcan təbilinin çalındığı bildirilir.
banner

Oxşar Xəbərlər