Kimya sənayesi məhsulları ixracı 5 dəfədən çox artıb
Yanvarda Azərbaycandan 29 min 274 ton kimya sənayesi məhsulları ixrac edilib. İxrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 6 milyon 705 min ABŞ dolları olub.
AZƏRTACxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, 2018-ci ilin yanvarında ölkədən ixrac edilən 5 min 705 ton kimya məhsulunun dəyəri 3 milyon 558 min dollar təşkil edib.