• cümə axşamı, 18 aprel, 23:54
  • Baku Bakı 21°C

Kimsəsiz uşaqlara mənzil veriləcək?

18.12.13 12:03 1193
Kimsəsiz uşaqlara mənzil veriləcək?
Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqların uşaq evindən sonrakı taleyi ilə bağlı Milli Məclisdə məsələ qaldırılacaq.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.
R. Aslanovanın sözlərinə görə, binaların tikintisi ilə məşğul olan sahibkarın üzərinə müəyyən məsuliyyət qoyulacaq: “Yəni dövlətin də dəstəyi ilə hər tikilən binada bir və ya iki mənzil valideyn himayəsindən məhrum olan uşaqlara verilsin. Məsələ qanunvericiliyin bütün tərəfləri nəzərə alınmaqla qaldırılacaq”.
Onun sözlərinə görə, bu, uşaq evindən sonra kimsəsiz qalan, arzuolunmaz tale yaşayan gənclərin sayının azaldılmasına xidmət edir: “Çünki onlar uşaq evində 18 yaşına qədər yaşayaraq oradan çıxandan sonra köməksiz qalır, küçə sakininə çevrilirlər ki, bu da arzuolunmaz hallara gətirib çıxarır”.
banner

Oxşar Xəbərlər