AZE | RUS | ENG |

Kimsəsiz qadının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün zəruri tədbirlər həyata keçirilir

Kimsəsiz qadının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün zəruri tədbirlər həyata keçirilir
Daxili İşlər Nazirliyi (DİN) Goranboyda tapılan "104 yaşlı çeçen qadın"la bağlı məsələyə aydınlıq gətirib.
 
Bu barədə APA-nın sorğusunu cavablandıran DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, 2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində küçədə köməksiz vəziyyətdə olan bir ahıl qadını aşkar ediblər.
 
Həmin qadının üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb. Qadın müayinədən keçirilmək üçün rayon xəstəxanasına yerləşdirilib. Qadına 3 gün xəstəxanada tibbi yardım göstərilib, daha sonra "Təmiz Dünya” ictimai birliyinin Bakdakı sığınacağına təhvil verilib.  Polis əməkdaşlarının onunla apardığı söhbət zamanı özünü Mədinə Əliyeva kimi təqdim edən qadın 1913-cü ildə Dağıstanın Xasavyurt rayonunda anadan olduğunu və milliyətcə  çeçen olduğunu bildirib. Dərhal məsələ ilə bağlı araşdırmalara başlanılıb. Dağıstana və Çeçenistana müvafiq sorğular göndərilib. Rusiya hüquq-mühafizə orqanları sorğuya cavab olaraq bu təvəllüd, ad və familiyada vətəndaşlarının olmadığını bildiriblər. Qadının özü haqqında dediklərinin heç biri təsdiqini tapmayıb. Həmçinin Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma aparılıb, bu ad və familiyada şəxsin ölkəyə giriş-çıxışının olmadığı məlum olub. Qadının rabitəsiz danışığı onun səhhətində psixoloji cəhətdən  ciddi problemlərin olduğu  qənaətinin yaradıb.
 
E. Zahidov bildirib ki, Bütün bunlara baxmayaraq, həmin məsələ DİN-nin rəhbərliyinin nəzarətindədir. Hər gün DİN əməkdaşları sığınacaqda olan qadına baş çəkirlər. Hətta nazirliyin əməkdaşları həmin qadına ərzaq yardımı da aparıb, lakin sığınacaqda bu ərzaq yardımı qəbul edilməyib. Hazırda həmin qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6932
GBP 1 İngilis funt sterlinqi 2.2519
TRY 1 Türk lirəsi 0.3510
KWD 1 Küveyt dinarı 5.6157
SEK 1 İsveç kronu 0.1931
EUR 1 Avro 1.9921
CHF 1 İsveçrə frankı 1.7061
USD 1 ABŞ dolları 1.7000