• şənbə, 20 Aprel, 00:31
  • Baku Bakı 15°C

Kimlərin gedəcəyini müəyyənləşdiriblər

16.07.20 12:15 729
Kimlərin gedəcəyini müəyyənləşdiriblər
"Mançester Yunyated” yay transfer dönəmində hansı futbolçularla yolu ayıracağını müəyyənləşdirib.
Kaspi.az xəbər verir ki, komandanı 6 futbolçunun tərk edəcəyi gözlənilir. Baş məşqçi Ule-Qunnar Sulşer bu futbolçuların – Markos Roxo, Kris Smollinq, Fil Cons, Dioqu Dalot, Cessi Linqard və Aleksis Sançesin xidmətində maraqlı olmadığını rəhbərliyə bildirib.
MY rəhbərliyi bu futbolçuların gedişindən pul qazanmağı planlaşdırır. Klub, əldə olunan vəsait hesabına Dortmund "Borussiya”sının futbolçusu Ceydon Sançonu almaq niyyətindədir.
Smollinqlə Sançes icarə əsasında İtaliyada çıxış edirlər. "Roma” və "İnter”in onların müqavilə hüququnu almaq istədikləri bəlli deyil.
banner

Oxşar Xəbərlər