• cümə, 29 Mart, 04:02
  • Baku Bakı 7°C

Kimlər YAP-ın İdarə Heyətindən kənarda qaldı? Siyahı

07.06.13 14:42 1714
Kimlər YAP-ın İdarə Heyətindən kənarda qaldı? Siyahı
Yeni Azərbaycan Partiyasının (YAP) iyunun 7-də keçirilən V qurultayında partiyanın İdarə Heyətinin yeni tərkibi də müəyyənləşib.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına bildirib ki, İdarə Heyətinə 5 nəfər yeni üzv seçilib. Əvvəlki üzvlərdən isə 3 nəfər İdarə Heyətindən kənarda qalıb. Ümumilikdə yeni İdarə Heyətində də əvvəlki kimi 21 nəfər təmsil olunub.
Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva və Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov YAP İdarə Heyətinin yeni üzvləridirlər.
YAP İdarə Heyətinin V qurultayına qədərki üzvlərindən sabiq təhsil naziri Misir Mərdanov, Qaradağ Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Yaqub Əliyev və Milli Məclisin keçmiş deputatı Şahlar Əsgərov yeni heyətdən kənarda qalıblar.
banner

Oxşar Xəbərlər